Petrus de Monte Libano — Səfəvi imperiyası ilə Avropa ölkələrinin ortaq düşməni olan Osmanlı imperiyasına qarşı ittifaq məsələlərini müzakirə etmək üçün Macarıstan kralı II Layoş və Müqəddəs Roma imperiyası imperaotru V Karl tərəfindən Səfəvi sarayına gönədrilmiş diplomat.[1]
Petrus de Monte Libano | |
---|---|
Vətəndaşlığı | Müqəddəs Roma imperiyası |
Dini | Maruni |
İxtisası | Diplomatiya |
Fəaliyyəti | Avropa dövlətləri ilə Səfəvi imperiyası arasında diplomatik əlaqələr |
Tanınır | Müqəddəs Roma imperiyasının və Macarıstan krallığının Səfəvi imperiyasına və Səfəvi imperiyasının Müqəddəs Roma imperiyasına və Macarıstan krallığına göndərilən elçisi. |
Petrus de Monte Libano suriyalı bir maronit idi və Səfəvi sarayına ilk dəfə 1516-cı ildə göndərilmişdi. İlk səfəri zamanı görünür, I İsmayıl Osmanlı ilə yeni bir müharibədə maraqlı olmamışdır. Geri dönüş zamanı o, I İsmayıl tərəfindən avropalı hökmdarlar üçün yazılmış məktubla göndərilmişdir. Polşa sarayına antiosmanlı təkliflərlə gedən Petrus onlara I İsmayıl tərəfindən yazılmış məktubları təqdim etmişdir.[2]
1523-cü ildə o, yenidən Səfəvi sarayına göndərildi. İlk səfəri zamanı görünür, I İsmayıl Osmanlı ilə yeni bir müharibədə maraqlı olmamışdır. 1523-cü ilin oktyabrında Petrus de Monte Libano imperator V Karl və Mararıstan monarxı II Layoşun göstərişi ilə yenidən Habsburq-Səfəvi ittifaqını formalaşdırmaq üçün Səfəvi sarayına göndərilir.
Səfəvi sarayəna çatdıqdan sonra Petrus Şah İsmayıl tərəfindən qəbul edildi. Fars dilini bilən Petrus şaha Avropadakı siyasi vəziyyəti ifadə edən hesabatını təqdim etdikdən sonra, İspaniya və Müqəddəs Roma imperatoru V Karlın, onun qohumu II Layoşun salamlarını I İsmayıla çatdırdı. Həmçinin Osmanlı imperiyasının bir digər düşməni Venesiya Respublikası da ona qarşı Habsburqlarla ittifaq qurmaq istəyirdi. I İsmayıl Petrusu geriyə, bu dəfə Səfəvi elçisi olaraq göndərdi. I İsmayıl yazdığı məktubda Avropa ölkələrinə növbəti ilin aprelində eyni anda həm qərbdən, həm də şərqdən Osmanlı imperiyasına hücum etməyi, onu hər iki cəbhədə məğlub etməyi və son zəfərə qədər də heç bir tərəfin separat sülh imzalamamasını təklif edirdi. Petrus de Monte Libano uzun yol keçdikdən sonra nəhayət 1524-cü ilin sonlarında İspaniya krallığının ərazisi olan Toledo şəhərinə çatdı və kralın qəbuluna gedərək şahın məktubunu ona təqdim etdi. İspan kralının xoşuna gələn Petrus növbəti ilin avqustuna qədər onun sarayında yaşadı və 1525-ci ildə ispan kralının cavab məktubunu götürərək Səfəvi sarayına yola düşdü. Kral, öz məktubunda Fransa ilə müharibə zamanı yaşadığı çətinliklərdən və sonda I Fransiski məğlub etməsindən bəhs edərək sonda Səfəvi şahının təklifini qəbul edərək Osmanlı imperiyası üzərinə eyni anda iki cəbhədən hücuma keçməklə razılaşır. Bu məktubla Səfəvi sarayına gələn və ora çatan Petrus I İsmayılın artıq vəfat etdiyi xəbərini eşidir. Bu zaman artıq şahın ölümündən bir ildən çox vaxt keçmişdi. Bundan sonra, o, məktubu I İsmayılın vəliəhdi I Təhmasibə təqdim edir.[3][4][5][6][7]