Georges fon der Jabel (almanca:Georg Tectander von der Jabel; d. 1570 - ö. 1620) — 1602-ci ildə Müqəddəs Roma imperatoru II Rudolf tərəfindən Səfəvi hökmdarı I Abbasa göndərilən elçiliyin iştirakçısı.[1]
Georg Tektander fon der Yabel | |
---|---|
almanca:Georg Tectander von der Jabel | |
Doğum tarixi | |
Doğum yeri | Müqəddəs Roma imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Müqəddəs Roma imperiyası |
Vətəndaşlığı | Müqəddəs Roma imperiyası |
İxtisası | Diplomatiya |
Fəaliyyəti | diplomat, yazıçı |
Tanınır | Müqəddəs Roma imperiyasının Səfəvi imperiyasına və Rusiya çarlığına göndərilmiş diplomatik heyətin iştirakçısı və sonradan rəhbəri. |
Elçilik 1602-ci ilin 27 avqustunda II Rudolfun paytaxtı Praqa şəhərindən səfərə başlamışdır. Elçiliyin məqsədi Osmanlı İmperiyasına qarşı mübarizədə Avropa gücləri ilə Səfəvi imperiyası arasında ittifaq haqqında ilkin razılaşmanın təsdiqlənməsi idi. Görünür, elçiliyin katibi vəzifəsi Georges Tektanderə həvalə edilmişdi. Çünki elçiliyin rəhbəri olan Stefan Kakaş Lənkəran ərazisində olarkən vəfat etmişdir. Ölümündən əvvəl o, elçiliyim vəzifəsini tamamlamaq üçün Georgesin rəhbər olması barədə yazılı əmr hazırlamışdı.
Tektander 1603-cü il noyabrın 15-də Təbrizə demək olar ki, tək çatdı. Bu zaman Təbriz şəhəri Osmanlı imperiyasından bir həftə idi ki geri alınmışdı. Tektander I Şah Abbasla görüşdükdən sonra Səfəvi imperiyasından ayrıldə. Şah I Abbas Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi.[2][3]
Moskvaya Mehdiqulu bəylə birlikdə gedən Georges Tektander Haynrix fon Loqaunun başçılığı ilə II Rudolfun Boris Qodunovun yanına göndərilmiş səfirliyi ilə eyni vaxtda Moskvaya gəldi. Bu elçilik 24 avqust 1604-cü ildə Moskvadan çıxaraq öz vətənlərinə döndülər və Tektander də onlarla getdi. İlin sonunda onlar Praqaya çatdııar. 8 yanvar 1605-ci ildə Tektander imperatora səyahət hesabatını təqdim etdi. Görünür bu hesabat 1609-cu ildə Tektander tərəfindən Meyssendə dərc edilmişdir. Bu hesabat bu başlıq altında nəşr edilmişdir.[4]
Iter persicum. İsanın doğulmasından sonrakı 1602-ci ildə Zati-aliləri imperatorun [II Rudolf] əmri ilə əsilzadə Zalonkemenidən Semiqradski zadəganı olan Stefan Kakaş - o, yolda Midiyada Lantzendə öldükdən sonra səyahət yoldaşı Georg Tektander fon der Yabel tərəfindən davam etdirildi və sona qədər çatdırıldı - tərəfindən Səfəvi imperiyasına [mətndə Persia] edilən səyahətin qısa, lakin detallı və həqiqəti əks etdirən təsviri. Onların Polşaya, Litvaya, Rusiyaya, Moskvaya, Tartariyaya, Kazana, Həştərxana, Xəzər dənizinə, Səfəvi imperiyasına, Ermənistana və Asiya ilə Avropanın digər bölgələrinə etdikləri səfərlər zamanı başlarına gələn hadisələrin və gördüklərinin tam siyahısı ilə.
Almanca mətn:Iter persicum. Kuertze doch auszfuehrliche und warhafftige Beschreibung der Persianischen Reise: Welche auff der Rom: Kay: May: allergnedig. Befeleh im Iahr Christi 1602. Von dem Edlen und gestrengen Herren Stephano Kakasch von Zalonkemeny vornehmen Siebenbuergischen vom Adel angefangen: Und alsz derselbig unter wegen zu Lantzen in Medier Land todes verschieden: von seinem Reiszbefeherten Georgio Tectandro von der Iabel vollends continuiret und verrichtet worden. Beyneben fleissigen verzeichnisz aller gedenckwuerdigen Sachen, welche ihnen so wol unter wegen in Polen Littaw Reussen Moscaw Tartarey, Cassaner und Astarcaner Land, und auff dem Caspischen Meer: Alsz auch in Persien und Armenien auch andern Provintzen Asiae und Europae hin and wieder begegnet und zugestanden'' |
19-cu əsrə qədər bu nəşr (həmçinin növbəti ilin demək olar ki, eyni təkrar nəşri) biblioqrafik nadirliyə çevrildiyindən, 1819-cu ildə Cozef fon Hormair tərəfindən Archiv für Geographie, Historie, Staats- und Kriegskunst jurnalında nəşr edilmişdir. 1877-ci ildə Tektanderin kitabı Charles Schaefer tərəfindən fransız dilinə tərcümə edilmiş və Stefan Kakaşın Vyana arxivində Şefer tərəfindən tapılan məktubları əlavə edilməklə Parisdə çap edilmişdir. 1896-cı ildə Tektanderin kitabının (almanca orijinal əsasında) və Kakaşanın məktublarının (Vyana əlyazmalarının əlçatmaz olması səbəbindən fransızca tərcüməsi əsasında) rus dilinə tərcüməsi Aleksey Stankeviç tərəfindən həyata keçirilib.[4]