Pfals-Zimmern (alm. Pfalz-Simmern), Vittelsbax sülaləsinin eyniadlı qolu tərəfindən idarə olunan Almaniyanın Reynland-Pfalts əyalətinin müasir Reyn-Hunsrük rayonunda yerləşən Müqəddəs Roma İmperiyasının dövlətinin adı idi.
Müqəddəs Roma İmperiyasının tərkib hissəsi | |||
Pfals-Zimmern | |||
---|---|---|---|
alm. Pfalz-Simmern | |||
|
|||
|
|||
Paytaxt | Zimmern | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Vittelsbax sülaləsi | ||
Vikianbarda əlaqəli mediafayllar |
Pfals-Zimmern, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini — Pfals-Zimmern və Çvaybrükgeni iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu.[1] Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Fridrix isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Zimmern hakimləri həm də Şponhaym qrafları idilər. Vittelsbax sülaləsinin bu qolu daha sonra Pfals kürfürstlüyünü miras aldı.
Pfals-Zimmern aşağıdakı torpaqlardan ibarət idi: