Mömin Fridrix (alm. Friedrich III. von der Pfalz, der Fromme, 14 fevral 1515, Zimmern – 26 oktyabr 1576, Heydelberq) — Vittelsbax sülaləsinin Pfals-Zimmern qolundan ilk Pfals kürfürstü. Pfalsı 1559-cu ildə uşaqsız kürfürst Otto-Henridən miras almışdı. O, qatı kalvinist olmuş və Heydelberq katexizmini irəli çəkərək təlimi öz dövlətinin rəsmi dini elan etmişdi. Onun kalvinizmi dəstəkləməsi Alman Reformasiya hərəkatını Müqəddəs Roma İmperiyası daxilində möhkəmlətdi.
III Fridrix | |
---|---|
alm. Friedrich III der Fromme | |
12 fevral 1559 – 26 oktyabr 1576 (ləqəbi: Mömin) | |
Əvvəlki | Otto Henri |
Sonrakı | VI Lüdviq |
18 may 1557 – 12 fevral 1559 | |
Əvvəlki | II İohann |
Sonrakı | Titul ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1515 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1576 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | II İohann |
Uşağı | VI Lüdviq |
Ailəsi | Vittelsbax sülaləsi |
Dini | Kalvinizm |
Vikianbarda əlaqəli mediafayllar |
1515-ci ildə Zimmerndə doğulmuşdu. Valideynləri Zimmern hakimi II İohann (1492-1557) və Badenli Beatris (1492-1535) idi. Fridrix atasının və V Karlın sarayında, daha sonra 1528-ci ildə qardaşları Georq və Reyxardla (1521–1598) birlikdə Köln Universitetində qatı katolik təhsili almışdı.[1]
Fridrix atasının sarayında və Kölndə ciddi şəkildə katolik inancında təhsil almışdı, lakin 1537-ci ildə evləndiyi arvadı, Brandenburq-Kulmbax markqrafı Kazimirin qızı Mariyadan (1519-1567) təsirlənərək, Reformasiyanı izlədi və 1546-cı ildə rəsmi şəkildə imanını dəyişdirdiyini elan etdi. O, 18 may 1557-ci ildə atası II İohannın yerinə II Fridrix adı ilə Zimmern hersoqu oldu və 12 fevral 1559-cu ildə Otto Henrinin ölümü ilə kürfürstlüyə yüksəldi. Onun sələfi dövründə Tileman Hezuzius kimi lüteranlar, Melanxtonianlar və Kalvinistlər kimi qruplar Pfalsda yer tapmışdılar. Lakin 1559-cu ilin yayında onların arasında kəskin mübahisələr yarandı. Heydelberq diakonu Vilhelm Klebitz tərəfindən hazırlanan Yevxaristiya haqqında tezislər onunla Hezuzius arasında kəskin mübahisəyə səbəb oldu. Vasitəçilik səyləri uğursuz olduqda, Fridrix 16 sentyabr 1559-cu ildə hər iki şəxsi vəzifəsindən azad etdi. Mübahisələri aydın şəkildə başa düşmək üçün Fridrix vaxtını hər gün-hər gecə teoloji tədqiqatlarda keçirirdi və bununla da getdikcə daha çox reformasiya tərəfdarı olurdu. 1560-cı ilin iyununda sakson ilahiyyatçıları İohan Stössel və Yoahim Mörlin ilə heydelberqlilər Pyer Bokvin, Tomas Erastus və Paul Aynhorn arasında baş verən mübahisə Fridrixin lüteran dindarlara olan nifrətini artırdı. 1561-ci ilin yanvarındakı Naumburq Konvensiyasından sonra Frederik Reformasiya doqmalarını tamamilə qəbul etdi.
1561-ci ilin martında Emmanuel Tremelliusu, sentyabrda isə məşhur Zaxarius Ursinusu Heydelberqə dəvət etmişdi. Artıq bütün kilsə dəyişdirilmişdi. Bir başqa reformator Kaspar Olevian da 1560-cı ilin yanvarından orada idi. Müqəddəslərin təsvirləri, paltarlar, vəftiz hovuzları və digər "bütpərəst işləri", hətta orqanlar amansızcasına kilsələrdən çıxarıldı. Yevxaristiya ritualı üçün çörəyin parçalanmasına başlanıldı. Monastırlardan və fondlardan əldə edilən gəlirlər müsadirə edildi və protestant kilsə məqsədləri və ya xeyriyyəçilik üçün istifadə edildi. Ursinusun rəhbərlik etdiyi ilahiyyatçılar və nazirlərdən ibarət bir komitə tərəfindən hazırlanan Heydelberq katexizmi indi doktrina norması və gənclərin təlimatlandırılması üçün xidmət edirdi.
15 noyabr 1563-cü il tarixli kilsə əmri və 1564-cü il konstruktiv əmri dəyişiklikləri rəsmiləşdirdi. Lüteranlığa meylli nazirlərin işdən çıxarıldı. Lüteranlar arasında Fridrixin tədbirləri böyük sensasiyaya səbəb oldu. 1564-cü ilin aprelində Maulbronnda keçirilən dini məsclis düşmənçiliyi daha da artırdı. Şikayətlərdən sonra 1565-ci ildə II Maksimilian dəyişikliklərin ləğv edilməsini əmr etdi. 1566-cı il Auqsburg reyxstaqının yekdil qərarı da dəyişikliklərin ləğvini tələb etdi. Fərman yerinə yetirilmədi. Reyn Pfalsında islahat işini başa vurduqdan sonra Fridrix onu Yuxarı Pfalsda da davam etdirməyə çalışdı; lakin burada ona dindar lüteran feodallar müqavimət göstərirdi. O, 1570-ci ildə ciddi kilsə nizam-intizamı tətbiq etməklə Reyn vilayətində islahat işini davam etdirdi. Fridrix, 23 dekabr 1572-ci ildə Olevian, Ursinus və Bokvin tərəfindən imzalanmış rəyə əsaslanaraq antitrinitar İohann Silvan haqqında ölüm hökmü vermişdi.
1562-ci ildə Frederik Frankentalı Niderlanddan qovulan protestantlara sığınacaq olaraq verdi. O, 1567-ci ildə və 1576-cı ildə həmfikir oğlu İohann Kazimiri Huqenotlara kömək üçün Fransaya göndərdi. 1569-cu ildə o, Fransaya gedərkən 14000 nəfər muzdlu ilə hugenotlara köməyə gedən qohumu Volfqanqa yardım etmişdi.
Fridrix son illərində məişət problemlərindən əziyyət çəkirdi. Böyük oğlu Lüdviq qatı lüteran olduğundan, ölümündən sonra işinin davam etdiriləcəyinə ümid edə bilməzdi. 1576-cı ildə öldü və oğlu VI Lüdviq adı ilə kürfürst oldu. Fridrix, üstünlük verdiyi ikinci oğlu İohann Kazimir üçün Aşağı Pfals torpağından "Pfals-Lautern" adlı bir ərazini reformasiyanın davamlı mövcudluğunu təmin etmək üçün bir anklav olaraq ayırmışdı. İohann Kasimir, Lüdviqin ölümündən sonra Pfals kürfürstləri üçün qəyyum kimi xidmət edəcək və reformasiyanın Pfalsa qaytarılmasına kömək edəcəkdi.
Fridrix 2 dəfə evlənmişdi. 1537-ci ildə evləndiyi arvadı, Brandenburq-Kulmbax markqrafı Kazimirin qızı Mariyadan (1519-1567) 11 övladı olub:
İkinci dəfə, 1569-cu ildə Neuenarlı Amaliya ilə evləndi (1539 – 1602), lakin bu evlilik uşaqsız idi.