VI Lüdviq (4 iyul 1539[1], Zimmern – 22 oktyabr 1583 və ya 12 oktyabr 1583[1], Heydelberq) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1576–1583). Lüdviq yeni məhkəmə qaydaları, polis qaydaları və 1582-ci ildə böyük bir dövlət islahatı proqramı başlatmışdı.
VI Lüdviq | |
---|---|
alm. Ludwig VI. von der Pfalz | |
26 oktyabr 1576 – 22 oktyabr 1583 | |
Əvvəlki | III Fridrix |
Sonrakı | IV Fridrix |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1539[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1583 (44 yaşında) və ya 12 oktyabr 1583[1] (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | III Fridrix |
Uşağı | IV Fridrix |
Ailəsi | Pfals-Zimmern |
Vikianbarda əlaqəli mediafayllar |
Lüdviq kürfrüst III Fridrixin (1515–1576) Brandenburq-Kulmbax markqrafı Kazimirin qızı Mariya (1519–1567) ilə evliliyindən doğulmuş ilk oğlu idi. Lüdviq anası tərəfindən və Baden-Baden markqrafı Filibertin sarayında lüteran təhsili almışdı. Fransız dilini öyrənmək üçün 1554-cü ildə Burqundiyaya, Dol Universitetinə yollanmışdı. Pfals kürfürstlüyünün varisi kimi o sonradan kürfürst Otto Henrinin sarayında hökumət işlərində iştirak edirdi. 1563-cü ildən atasının ölümünə qədər Yuxarı Pfalsın valisi olmuşdur.
Atası III Fridrixdən fərqli olaraq, o, kalvinist protestantlığa bağlı deyil, lüteranlığa üstünlük verirdi. Lüdviq lüteran doktrinasının əsas ünsürləri olan 1577-ci il Konkord Formulasını və 1580-ci il Konkord Kitabını öz adına və qəyyumu olduğu Baden markqrafları Ernst-Fridrix (1560–1604) və III Yakob (1562–1590) adına imzaladı. O, həyat yoldaşı, lüteran Hessenli Elizabetdən də təsirləndi. Bu, Lüdviqin kiçik qardaşı İohann Kazimirə üstünlük verməyə başlayan atası ilə getdikcə daha çox münaqişəyə səbəb oldu. Qardaşlar arasında münaqişə 1578-ci ilə qədər həll olunmayan vəsiyyətinin şərhi ilə bağlı mübahisədə atalarının ölümündən sonra kulminasiya nöqtəsinə çatdı.
1577-ci ilin yazında atasını bir daha ziyarət etmədən Haydelberqə gəldi. Lüdviq, həmçinin bütün kalvinistləri təqib edərək (yenicə ölmüş atasının iradəsinə zidd olaraq) Heydelberq Universitetində lüteranlığı qabağa çəkdi. Kalvinist ilahiyyatçılar Noyştadt an der Vaynştrassedə İohann Kazimirə sığındılar və orada və Casimirianum kollecini yaratdılar. Köln müharibəsi zamanı Lüdviq Köln kürfürstü və arxiyepiskop Qebhard fon Valdburqun tərəfini tutan yeganə lüteran şahzadə idi.
21 yaşından bəri "sinə qəfəsi problemləri" (ağciyər iltihabı) olan Lüdviq 1583-cü ildə 44 yaşında Heydelberqdə vəfat etmiş və orada Müqəddəs Ruh kilsəsində dəfn edilmişdir.
VI Lüdviq iki dəfə evlənmişdi. Əvvəlcə 8 iyul 1560-cı ildə Hessenli Elizabet (13 fevral 1539 – 14 mart 1582) ilə evlənib.[2] Onların bir neçə uşaqları var idi: