Phoca vitulina

Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir.

Adi suiti
Elmi təsnifat
Beynəlxalq elmi adı

İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir.

Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dəniziŞimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər. Onların ümumi sayı 400–500 min baş hesab edilir.

Buz üzərində doğulan suitilər artıq bir neçə saatdan sonra üzməli olurlar. Ana bətnində doğuşa az qalmış öz emberional dərisini itirirlər.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Adi suitilərin 5 yarımnövü vardır:

  • Qərbi-Atlantik suitisi, Phoca vitulina concolor (Ceyms Ellsvorz De Kay, 1842), Şimali Amerikanın şərq hissəsində yayılmışdır;
  • Unqava suitisi, Phoca vitulina mellonae (Doutt, 1942);— Əsasən Kanadanın şərq sahillərində yayılmışdır.
  • Adi Sakit okean suitisi, Phoca vitulina richardsi (Gray, 1864). Şimali Amerikanın qərb sahillərində yayılıb;
  • Ada suitisi, Phoca vitulina stejnegeri (Allen, 1902). Şərqi Asiya sahillərində yayılıb;
  • Şərqi-Atlantik suitisi, Phoca vitulina vitulina (Linney, 1758). Adi suitilər arasında ən çox yayılanıdır. Əsasən Avropa və Qərbi Asiya sahillərində yayılıb.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0