Pinus pyramidalis

Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Adi küknar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm), qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir. Toxumların qozalardan tökülməsi mart-aprel aylarında başlayır və payıza kimi davam edir. Adi küknar toxumla çoxalır, lakin vegetativ üsulla da çoxaltmaq olur. Küknarın kök sistemi yaxşı inkişaf edir. Mil kökü zəif olduğundan küləyə davamsızdır və güclü küləklərin təsirindən asanlıqla yerə sərilir. Adi küknar istisevən, kölgəyədavamlı, torpağın münbitliyinə tələbkardır, qumsal və gillicəli, qələviləşmiş torpaqlarda yaxşı inkişaf edir. Toza, qaza qarşı davamsızdır. Oduncağı yüngül, yumşaq, ağ və ya açıq-qırmızımtıldır. Ondan kağız-sellüloz sənayesində, mebel istehsalında, musiqi alətləri hazırlanmasında və s. sahələrdə geniş istifadə edilir. Qabığında aşı maddəsi, skipidar (17%), kabifol (75 %-ə kimi) vardır, toxumları yağlı (30 %), iynəyarpaqları "A" və "C" vitaminləri ilə zəngindir. Tək-tək və qrup halında yaşıllıqların, canlı çəpərlərin salınmasında istifadə olunması məsləhətdir. Adi küknar Abşeron, Gəncə, ZaqatalaGədəbəydə park və küçələrin yaşıllaşdırılmasında istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies abies (L.) Druce
  • Abies communis Lindl.
  • Abies picea Mill.
  • Pinus abies L.
  • Pinus abies subsp. vulgaris Voss
  • Pinus pyramidalis Salisb.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]