Piqam Əzimoviç Əzimov (türkm. Pygam Azymow, rus. Пигам Азимович Азимов; 1 yanvar 1915 və ya 1915 – 1994) — Türkmənistan və SSRİ dövlət xadimi, türkoloqu, dilçisi, filoloq və akademiki (1951).[1] O, 1966–1975-ci illərdə Türkmənistan Elmlər Akademiyasının prezidenti olmuşdur. Əzimov 11 aprel 1967-ci ildən 29 iyun 1971-ci ilədək Türkmənistan SSR Ali Sovetinin sədri olmuşdur. O, 1961-ci ildə Türkmənistan SSR əməkdar elm xadimi adını almışdır. 1951-ci ildə Əzimov Türkmənistan SSR Elmlər Akademiyasının yaradılmış ilk 11 həqiqi üzvlərindən biri olmuşdur.[2]
Piqam Əzimov | |
---|---|
türkm. Pygam Azymow rus. Пигам Азимович Азимов | |
Doğum tarixi | 1 yanvar 1915 və ya 1915 |
Vəfat tarixi | 1994 |
Elm sahəsi | türkologiya |
Mükafatları |