PlayStation 3 Magazine

"PlayStation 3 Magazine" və ya qısaca "PSM3" — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnalda "Sony"nin videooyun konsolları haqqında məlumatlar verilirdi.

PSM3
Təsis tarixi 2000
Ölkə
Dil ingilis dili[1]
ISSN 1752-2625
psm3mag.com

Tarixi[redaktə | mənbəni redaktə et]

Jurnalın ilk nömrəsi 2000-ci ilin oktyabrında "PSM2" adı ilə çıxmışdır.[2][3] Jurnal qısa müddətdə İngiltərədə ən məşhur qeyri-rəsmi "PlayStation" jurnallarından birinə çevrilmişdir. Jurnalın adı 78-ci nömrədən sonra "PSM3" olmuş, "PlayStation 2" və "PlayStation Portable" üçün məlumatlar versə də, əsas diqqətini "PlayStation 3"ə yönəltmişdir.[4]

13 noyabr 2012-ci ildə "PSM3" və "Xbox World" jurnallarının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1752-2625
  2. 1 2 Andy Robinson. "Xbox World and PSM3 magazines to close". CVG. 2012-11-13. 2013-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.
  3. Justin Towell. "Farewell, PSM3: Final issue on sale now". Games Radar. 2012-12-12. 2014-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.
  4. Johnny Cullen. "PSM3 relaunches new look with Skyrim world exclusive". VG 24/7. 2011-06-19. 2014-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.