Poco's Udon World (azərb. Pokonun udon dünyası), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠?, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır.
Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Baş qəhrəmandır və udon restoranı sahibinin oğludur. Udon prefekturasında doğulub və böyüyüb. Daha sonra Tokio şəhərində veb-dizayner kimi işləməyə başlayıb. Sota kiçik olanda udon restoranının oğlu utanmaqdan utanırdı, çünki məktəbdəki uşaqlar onu ələ salırdılar. Buna görə də atası öldükdən sonra belə restoranı yenidən açmaq istəmir. Restoranı satmaq məqsədilə Kaqavaya qayıdır, lakin Poko adlı oğlanla qarşılaşır. İtlərdən qorxur.
Sotanın çox yaxın uşaqlıq dostudur. Balıqçılıqla məşğul olmağı sevir. Hazırda həkimdir. Atası ilə münasibətləri yaxşı deyil, dediyinə görə heç danışmırlar. Ən sevdiyi meyvə ananasdır.
Sotanın böyük bacısıdır. Uşaqlarla arası yaxşı deyil, çünki onlarla necə davranmalı olduğunu bilmir. Poko ilk dəfə onunla tanış olanda ondan qorxur, lakin daha sonra onu sevir. Rinko təmizliyə böyük önəm verir.
Nodoka Şinomaru tərəfindən yazılmış manqa seriyası 21 iyun 2012-ci ildən Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunur. Shinchosha nəşriyyatı Bunch Comics imprinti altında 15 fevral 2016-cı ilə kimi 12 cildini buraxmışdır.[5]
2016-cı ilin fevralında anime serialı adaptasiyası anons edilmişdir.[13][14] 12 seriyadan ibarət olan və Liden Films studiyası tərəfindən çəkilən anime serialının rejissoru Seyki Takuno, ssenaristi Natsuko Takahaşi, personaj dizayneri Eriko İto, bəstəkarı Yukari Haşimotodur.[13][15][16]
9 oktyabr 2016-cı ildə NTV vasitəsilə [a], 16 oktyabr 2016-cı ildə RNC vasitəsilə yayımlanmağa başlamışdır.[4] Animenin açılış mahnısı Weaver tərəfindən ifa olunan "S.O.S." mahnısı,[17] bağlanış mahnısı isə GOODWARP tərəfindən ifa olunan "Sweet Darwin" mahnısıdır.[4]