Kill la Kill

Kill la Kill (yaponca: キルラキル, Hepbörn: Kiru Ra Kiru?, azərb. Ya öldür, ya öl‎)Trigger studiyası tərəfindən istehsal olunmuş anime serialı. Kimsəsiz məktəbli qız Ryuko Matoyun atasının qatilinin axtarışına çıxmasından, Honnoci Akademiyasının məktəb şurasının prezidenti Satsuki Kiryuin ilə münaqişəyə girməsindən və anasının dəb imperiyasından bəhs edir.

Kill la Kill
Anime serialının posteri.
キルラキル
(Kiru Ra Kiru)
azərb. Ya öldür, ya öl
Janr döyüş, komediya-drama, maho-şoco[1][2][3][4]
Anime
RejissorHiroyuki İmayşi
SsenaristKazuki Nakaşima
BəstəkarHiroyuki Savano
StudiyaTrigger
Digər lisenziyalar
Madman Entertainment
Aniplex of America
Anime Limited
KanalMBS, TBS, CBC, BS-TBS
Digər kanallar
Adult Swim (Toonami)
Buraxılış tarixi4 oktyabr 2013 – 28 mart 2014
Vaxt24 dəq.
Seriyalar24 (seriya siyahısı)
Manqa
RəssamRyo Akizuki
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
Udon Entertainment
DemoqrafiyaSeynen
Nəşr tarixi4 oktyabr 2013 – 4 mart 2015
Cildlər3
Anime
Goodbye Again
RejissorHiroyuki İmayşi
SsenaristKazuki Nakaşima
BəstəkarHiroyuki Savano
StudiyaTrigger
Digər lisenziyalar
Aniplex of America
Vaxt25 dəq.
  Anime və manqa portalı

"Kill la Kill" Trigger studiyasının ilk orijinal anime serialıdır. Anime serialının rejissoru Hiroyuki İmayşi, ssenari müəllifi Kazuki Nakaşimadır. Onlar daha əvvəl "Gurren Lagann" animesi üzərində birlikdə işləmişdilər. Anime Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi yayımlanmışdır.

Anime serialı ABŞ-nin Adult Swim kanalının Toonami blokunda 8 fevral 2015-ci ildə göstərilməyə başlamışdır.[5][6][7] Ryo Akuzuki tərəfindən hazırlanan manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 4 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır. 3 sentyabr 2014-cü ildə anime serialının əslində 25-ci seriyası olan OVA seriyası buraxılmışdır.

"Kill la Kill"-də hadisələr Tokio körfəzinin Honno şəhəri adasında yerləşən uydurma Honnoci Akademiyasında (本能字学園 Honnōji Gakuen) baş verir. Akademiyada Satsuki Kiryuin tərəfindən başçılıq edilən şura dominantlıq edir. Tələbələr Goku uniformaları (極制服 Gokuseifuku, gokusei (極製?, "ən yaxşı keyfiyyət") + seifuku (制服?, "məktəbli forması")) geyinirlər. Goku uniformalarını geyinənlər super güclərə malik olurlar, çünki bu uniformalar Həyat lifləri (生命戦維 Seimei Sen'i) adlandırılan xüsusi materialdan hazırlanır. Akademiyaya yeni gələn tələbə Ryuko Matoy Goku uniformalarını kəsə bilən qayçıyabənzər qılıncı ilə silahlanaraq atasının qatilini tapmaq üçün şuraya meydan oxuyur. İlk başda uduzmasına baxmayaraq Ryuko tamamilə Həyat lifindən hazırlanmış və adi Goku uniformasından qat-qat güclü olan və şüurlu xüsusi forma növü — Kamui (神衣, azərb. Tanrı xələti‎) tapır və ona Senketsu adını verir. Ryuko Senketsunun köməyi ilə Kiryuin və onun köməkçilərinə qarşı döyüşə bilir. Ryuko hiperaktiv sinif yoldaşı Mako Mankanşoku ilə dostlaşır və onun ailəsi ilə yaşamağa başlayır.

Tezliklə Satsuki Goku uniformalarının zəif yerlərini tapmaq üçün Yarayan adamlar seçkisi adlı döyüş seriyası keçirir və Ryuko 3 ulduzlu Goku uniformaları geyinən Elit dördtlük ilə üzləşir. Son dueldə Nui Harime gəlir və atasının qatilinin o olduğunu deyir. Doğan döyüşdə Ryuko kontrol edilə bilməyən bədheybətə çevrilir.

Satsuki Üç Şəhər Reydi başladır və Yaponiyanın digər regionlarında yerləşən əsas məktəbləri tərkibinə qatır. Səfər zamanı Satsuki Ryukonun müəllimi olan Aykuro Mikisuqi tərəfindən idarə edilən Nudist çimərliyi (ヌーディスト・ビーチ Nūdisuto Bīchi) adlı yarı-hərbi təşkilatı məhv edir. Satsuki bütün dünyada paltar bazarında hegemon olan REVOCS Corporation (REVOCSコーポレーション Ribokkusu Kōporēshon) şirkətinin CEO-su və Honnoci Akademiyasının direktoru olan anası Raqyo Kiryuini qarşılamaq üçün festival təşkil edir. Mikisuqi aşkar edir ki, REVOCS şirkəti tərəfindən istehsal olunan paltarların tərkibində olan Həyat lifləri əslində yadplanetli parazitlərdir və onları geyinənləri məhv edirlər. Parazitlər festivalı izləyən kütləni "yeməyə başlayanda" Satsuki anasına xəyanət edir və məlum olur ki, onun həmişə əsas məqsədi Raqyonu məhv etmək olub. Lakin üsyan qısa çəkir, çünki Raqyo əslində çox güclüdür. Məlum olur ki, Ryuko əslində Raqyonun öz qızı, Satsukinin isə kiçik bacısıdır. Ryuko körpə ikən Raqyonun Həyat lifi təcrübələrinin birindən sağ çıxıbmış və Raqyonun itmiş əri İşşin Matoy tərəfindən böyüdülübmüş.

Bir ay sonra Raqyo və Həyat lifləri bütün Yaponiyanı işğal edir, Satsuki isə Raqyonun əsirliyi altındadır. Elit dördlük Goku formalarsız qalır və Nudist çimərliyində Ryuko ilə gizlənməyə məcbur olur. Satsuki Elit dördlük tərəfindən xilas edilir, amma Raqyo Ryukonun zehnini kontrol edib Satsukiyə qarşı döyüşməsinə səbəb olur. Ryuko özünə gələndə Satsuki ilə birləşib bütün dünyanı işğal etməyə və Həyat liflərinə bütün kainatda yaymaq üçün çalışan Raqyoya qarşı meydan oxuyurlar. Ryuko açıq kosmosda Raqyo ilə döyüşür, qalib gəlir və bütün Həyat liflərini məhv edir.

OVA seriyasında Raqyonun köməkçisi Rey Honnoci Akademiyasının məzuniyyətinə hücum edir, lakin Satsuki Reyin fikrini dəyişdirə bilir. Honno şəhərinin batışı ilə Honnoci Akademiyası bağlanılır və hər kəs normal həyata başlayır.

Hiroyuki İmayşinin rejissorluğu ilə Trigger studiyası tərəfindən çəkilmiş anime serialı ilk öncə Kadokawa Shoten nəşriyyatının "Newtype" jurnalının 7 fevral 2013-cü ildə çıxan mart 2013 sayında tanıdılmışdır.[8] "Kill la Kill" rəsmi olaraq 8 may 2013-cü ildə anons edilmişdir.[9]

Rejissor İmayşiyə görə "fascio" (ファッショ fassho, azərb. "faşizm" sözünün italyan versiyası‎) sözünün yapon dilindəki tələffüzü "fashion" (ファッション fasshon, azərb. "dəb"‎) sözünün yapon dilindəki tələffüzü ilə çox bənzərdir, "məktəbli forması" (制服 seifuku) və "işğal" (征服 seifuku) sözləri homofondur, addakı kiru sözü isə "öldürmək" (キル), "kəsmək" (切る) və ya "geyinmək" (着る) mənalarını verə bilər.[10]

"Kill la Kill" Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi MBS-in Animeism veriliş bloku vasitəsilə yayımlanmışdır. Bundan əlavə TBS, CBC və BS-TBS vasitəsilə də yayımlanmışdır.

Anime Aniplex of America tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmış, Daisuke,[11] CrunchyrollHulu vasitəsilə nümayiş olunmuşdur.[12][13] 8 fevral 2015-ci ildən[6] 2 avqust 2015-ci ilə[14] kimi Adult Swim-in Toonami bloku vasitəsilə Şimali Amerika göstərilmişdir.

Ev buraxılışı

[redaktə | mənbəni redaktə et]

Blu-ray Disc və DVD-lərin buraxılmasına 8 yanvar 2014-cü ildə başlanılmışdır.[15] Saundtrek CD-ləri birinci və beşinci cildlərə, istehsaldan bəhs edən DVD-lər üçüncü, yeddinci və doqquzuncu, dorama CD-ləri ikinci, dördüncü, altıncı və səkkizinci cildlərə daxil edilmişdir. OVA seriyası 3 sentyabr 2014-cü ildə doqquzuncu cildlə birlikdə buraxılmışdır.[16]

Aniplex (II region)
Cild Seriyalar Buraxılış tarixi İst.
I cild 1–2 8 yanvar 2014 [17]
II cild 3–5 5 fevral 2014 [18]
III cild 6–8 5 mart 2014 [19]
IV cild 9–11 2 aprel 2014 [20]
V cild 12–14 7 may 2014 [21]
VI cild 15–17 4 iyun 2014 [22]
VII cild 18–20 2 iyul 2014 [23]
VIII cild 21–23 6 avqust 2014 [24]
IX cild 24 + OVA (25) 3 sentyabr 2014 [25]

Anime serialı Şimali Amerikada 5 BD/DVD cildi şəklində buraxılmışdır. İlk cild 15 iyul 2014-cü ildə buraxılmışdır.[26] Los-Ancelesdə baş tutmuş Anime Expo 2014-də Aniplex ingilis dilinə dublaj edilmiş ilk seriyanı təqdim etmişdir. Tədbirdə Eyr Aoi mahnısı ilə çıxış etmiş, ssenarist Kazuki Nakaşimanın, rejissor Suşionun, prodüser Yosuke Tobanın, səsləndiricilər Ami Koşimizu və Ryoka Yuzukinin yer aldığı panel keçirilmişdir.[27]

Aniplex of America (Region A/1)
Cild Seriyalar Buraxılış tarixi İst.
I cild 1–4 15 iyul 2014 [26]
II cild 5–9 21 oktyabr 2014 [28]
III cild 10–14 23 dekabr 2014 [29]
IV cild 15–19 24 fevral 2015 [30]
V cild 20–24 + OVA (25) 28 aprel 2015 [31]

Anime serialı All The Anime leyblı altında Anime Limited tərəfindən Böyük BritaniyaFransa üçün lisenziyalaşdırılmış və Wakanim vasitəsilə yayımlanmışdır, daha sonra Netflix vasitəsilə rəqəmsal şəkildə buraxılmışdır.[32]

Anime Limited (Region B/2)
Cild Seriyalar Buraxılış tarixi İst.
I cild 1–9 3 noyabr 2014 (DVD)
1 dekabr 2014 (Blu-ray)
[33]
II cild 10–19 23 mart 2015 [34]

AvstraliyaYeni Zelandiyada animeni Madman Entertainment lisenziyalaşdırmışdır.

Kill la Kill OST
Hiroyuki Savanonun tərəfindən ifa olunmuş saundtrek albomu
Növü saundtrek albomu
Yayımlanma tarixi 25 dekabr 2013
Janr anime saundtreki
Müddət 1:17:22
Leybl Aniplex
Prodüser Hiroyuki Savano

Anime serialı üçün musiqini Hiroyuki Savano bəstələmişdir. İlk 15 seriya üçün istifadə olunmuş açılış mahnısı Eyr Aoi tərəfindən ifa olunan "Sirius" (シリウス Shiriusu) mahnısı, bağlanış mahnısı kimi Miku Savay tərəfindən ifa olunan "Gomen ne, Iiko ja Irarenai" (ごめんね、いいコじゃいられない。, azərb. "Bağışla, yaxşı uşaq olmaqdan bezdim"‎) mahnısından istifadə olunmuşdur.[35] 16 seriyadan etibarən açılış mahnısı kimi Garnidelia (vokalist Maria və bəstəkar Tokudan ibarət duo) tərəfindən ifa olunan "ambiguous" (azərb. "ikimənalı"‎) mahnısı,[36] bağlanış mahnısı kimi isə Sayonara Ponytail tərəfindən ifa olunmuş "Shin Sekai Kōkyōgaku" (新世界交響楽, azərb. "Yeni dünya simfoniyası"‎) mahnısı səsləndirilmişdir.[37] Aoinin "Sanbika" mahnısından isə 3-cü, 7-ci, 11-ci və 13-cü seriyalardakı həlledici səhnələr üçün istifadə olunmuşdur.

Birinci saundtrek albomu 25 dekabr 2013-cü ildə buraxılmışdır.[38] Aniplex USA 17 yanvar 2014-cü ildə albom üçün CD buraxmışdır. Alboma ingilisalman dillərində ifa olunan 6 vokal mahnı daxil olmaqla 18 trek daxildir.[39] Arxaplan musiqisi treklərinin başlıqları üçün istifadə olunmuş adlar "Kill la Kill" ifadəsinin tipoqrafik variantlarıdır.

İkinci saundtrek albomu 5-ci DVD/Blu-ray disk setinin bir hissəsi kimi 7 may 2014-cü ildə buraxılmışdır.[40] İkinci alboma birinci albomdakı treklərin "Kara-OK" (空OK karaoke) versiyaları da daxil edilmişdir.

Trek siyahısı

Bütün musiqi Hiroyuki Savano tərəfindən bəstələnmişdir

Kill la Kill Original Sound Track
BaşlıqSözlərİfaçı(lar)Müddət
1."Before my body is dry"mpi, David WhitakerMika Kobayaşi4:07
2."goriLLA-Ja-L" (goriLLA蛇L Gori Ra Jaru)  4:16
3."InuKA3L" (犬Kあ3L Inu Ka Saru)  4:34
4."Blumenkranz"Sawano, RieCyua4:19
5."Ad la Lib" (AdラLib Ado Ra Ribu)  3:24
6."Kiryu ga KiLL" (鬼龍G@キLL Kiryū ga Kiru)  4:38
7."KILL 7la Kill" (KILL7la切ル Kiru Nara Kiru)  4:46
8."Suck your blood"mpi, Benjamin AndersonBenjamin Anderson3:40
9."Kik9=KELL" (Kiっ9=KELL Kikku wa Keru)  4:51
10."k1ll wa iLL" (k1ll◎iLL Kiru Wa Iru)  3:08
11."Light your heart up"cAnON.Aimee Blackschleger3:56
12."Hiru ra lilL♪" (昼裸lilL♪ Hiru Ra Riru)  2:02
13."KiLL La KiLL" (斬LLLア生LL Kiru Ra Kiru)  4:25
14."Kiryu ha KiLL" (キ龍ha着LL Kiryū Ha Kiru)  4:15
15."I want to know"mpi, AndersonBenjamin Anderson4:07
16."NeLL na Ki9" (寝LLna聴9 Neru Na Kiku)  7:08
17."Kill a KiLL" (Kiる厭KiLL Kiru A Kiru)  5:06
18."Till I Die"cAnON.CASG (Caramel Apple Sound Gadget)4:41
Ümumi müddət:1:17:22
Kill la Kill Original Sound Track Vol. 2
BaşlıqMüddət
1."Gekiban Tokka-gata Hitotsuboshi Gokuseifuku" (劇伴特化型1☆極★服)3:24
2."Rhythm Kyōka-gata Futatsuboshi Gokuseifuku" (リズム強化型2☆極★服)4:12
3."Nichijō Gekijō-gata Mittsuboshi Gokuseifuku" (日常劇場型3☆極★服)3:35
4."Fuku o Kita Buta-gata Yottsuboshi Gokuseifuku" (服着豚型4☆極★服)4:13
5."Naming Sense 0-gata Itsutsuboshi Gokuseifuku" (名付扇子0型5☆極★服)5:10
6."Tsuika Hatchū-gata Muttsuboshi Gokuseifuku" (追加発注型6☆極★服)4:14
7."Haikei Keigu-gata Nanatsuboshi Gokuseifuku" (背景敬具型7☆極★服)4:21
8."MT Hensō-gata Yattsuboshi Gokuseifuku" (MT変装型8☆極★服)4:51
9."Tabun LASTBOSS-gata Kokonotsuboshi Gokuseifuku" (多分裸SBOSS-型9☆極★服)3:30
10."Zenhan Saishūroku-gata Tōnohoshi Gokuseifuku" (前半再収録型10☆極★服)4:45
11."Tsuika Saishūroku-gata Tōtohitotsuboshi Gokuseifuku" (追加再収録型11☆極★服)2:54
12."Jūyoubutsu Hakkō Kyōchō-gata Tōtofutatsuboshi Gokuseifuku" (重要物発行強調型12☆極★服)4:09
13."Before my body is dry <Kara-OK>" (Before my body is dry <空OK>)4:06
14."Suck your blood <Kara-OK>" (Suck your blood <空OK>)3:41
15."Blumenkranz <Kara-OK>" (Blumenkranz <空OK>)4:18
16."Light your heart up <Kara-OK>" (Light your heart up <空OK>)3:55
17."I want to know <Kara-OK>" (I want to know <空OK>)4:06
18."Till I Die <Kara-OK>" (Till I Die <空OK>)4:41
Ümumi müddət:1:14:05

Ryo Akizukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 3 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır.[41] Manqa seriyası 17 fəsil davam etmiş və 4 fevral 2015-ci ildə nəşri başa çatmışdır.[42] Udon Entertainment manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[43]

Orijinal versiyasının nəşr tarixiOrijinal ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 2 dekabr 2013[44]ISBN 978-404120908029 oktyabr 2015[45]ISBN 978-1927925492
2 7 mart 2014[46]ISBN 978-404121048214 yanvar 2016[47]ISBN 978-1927925546
3 4 mart 2015[48]ISBN 978-404102107126 iyul 2016[49]ISBN 978-1927925843

Arc System Works tərəfindən nəşr olunan və A+ Games tərəfindən hazırlanan "Kill la Kill the Game: IF" (キルラキル ザ・ゲーム -異布-, Kiru ra Kiru za Gēmu: Ifu?)[a] adlı videooyun adaptasiyasının 2019-cu ildə buraxılması planlaşdırılır.[50]

"Kill la Kill" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Japanator-un tənqidçisi Eliot Qey animeni "bənzərsiz əyləncəli, hətta həyəcanlandırıcı" adlandırmış, büdcə qısıntılarına baxmayaraq çox yaxşı anime çəkildiyini bildirmişdir.[3][51] Kotaku-dan Riçard Eysenbeys animeni "komediya ilə döyüş janrlarının mükəmməl qarışımına" görə bəyənmişdir.[52]

Döyüş səhnələrinin animasiyası, personajların hərəkətləri, "musiqinin incə seçimi" UK Anime Network-dan Robert Frazer tərəfindən təriflənmişdir.[53] 2013-cü ildə "Kill la Kill" UK Anime Network mükafatının "ən yaxşı hazırda yayımlanan anime" kateqoriyasının qalibi olmuşdur.[54]

  1. IF (異布, ifu?) "Irregular Fashion" kimi açılır
  1. Harding, Xavier. "Kill La Kill English Dub Episode 1 Premiere: How Does Toonami's Attack On Titan Replacement Stack Up? [VIDEO]". iDigitalTimes. IBT Media. February 8, 2015. April 20, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 22, 2016.
  2. Romano, Aja. "Kill La Kill: How the year's most polarizing anime became a smash hit". The Daily Dot. April 3, 2014. May 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
  3. 1 2 Bailey, Kat; Sliva, Marty. "9 Anime That Would Make Great Video Games". IGN. January 30, 2014. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016. Article was updated from its original Bailey, Kat. "6 Animes That Would Make Great Video Games". January 30, 2015. 2014-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-03. (#invalid_param_val)
  4. Logarta, Michael. "No-holds-barred insanity in 'Kill la Kill'". SciTech - GMA News Online. GMA Network. April 14, 2014. July 1, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2016.
  5. "Aniplex USA Adds Kill La Kill". Anime News Network. August 10, 2013. 2013-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
  6. 1 2 "Kill la Kill to Run on Toonami Starting in February". Anime News Network. 2015-01-16. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.
  7. "Ch-Ch-Ch-Changes". Toonami Tumblr. January 27, 2015. May 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
  8. "Panty & Stocking Helmer Imaishi, Trigger Launch New Anime". Anime News Network. February 7, 2013. 2013-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  9. "Kill La Kill Anime Reunites Gurren Lagann Director, Writer". Anime News Network. May 8, 2013. 2017-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  10. Chaisiri, Andy Lee. "Kill la Kill: The Fashion of Fascism". Art-Eater. 2014-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  11. "DAISUKI.NET ANNOUNCES SIMULCAST OF ANIPLEX'S KILL la KILL in 5 diluages". Daisuki.net. September 25, 2013. October 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  12. "Aniplex USA Streams Kill la Kill Ad With English Subtitles". Anime News Network. August 11, 2013. 2013-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  13. "Aniplex USA to Stream Magi & Valvrave 2nd Seasons, Kill la Kill on 4 Sites". Anime News Network. September 18, 2013. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  14. Kill La Kill [KillLaKillUSA]. "Just a reminder, Episode 24 of Kill la Kill will be on Toonami, ending its run. Members of the English Cast..." (Tweet). July 30, 2015. İstifadə tarixi: 2 iyul 2016.
  15. "Official website". Aniplex. 2013-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  16. "Last Kill la Kill Blu-ray/DVD to Include Unaired Episode". Anime News Network. December 19, 2013. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  17. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2013-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  18. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  19. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  20. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  21. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  22. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  23. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  24. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  25. "Blu-ray&DVD | TVアニメ『キルラキル KILL la KILL』オフィシャルサイト". Kill-la-kill.jp. 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  26. 1 2 "Aniplex of America to Release Kill la Kill on Blu-ray and DVD". Anime News Network. 2018-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  27. "Kill la Kill English Dub to Premiere at Anime Expo – News". Anime News Network. May 12, 2014. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  28. "Blu-ray & DVD | Kill la Kill USA Official Website". Killlakill.com. 2014-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  29. "Blu-ray & DVD | Kill la Kill USA Official Website". Killlakill.com. 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  30. "Blu-ray & DVD | Kill la Kill USA Official Website". Killlakill.com. 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  31. "Blu-ray & DVD | Kill la Kill USA Official Website". Killlakill.com. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  32. "New U.K. Anime Online Broadcaster Announced". Anime News Network. October 3, 2013. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  33. "Anime UK News :: Anime Limited Pushes Kill la Kill Blu-Ray Back To 1st December". animeuknews.net. 2014-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-03.
  34. "Anime Limited Newswire #8 – 24th Feb. 2015". All the Anime. Anime Limited. February 24, 2015. February 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2016.
  35. "Kill la Kill Anime's New Ad Previews Eir Aoi's Song". Anime News Network. August 29, 2013. 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  36. "GARNiDELiA Duo to Perform Kill La Kill Anime's New Opening". Anime News Network. December 12, 2012. 2015-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  37. "Sayonara Ponytail to Perform Kill la Kill's 2nd Ending Theme". Anime News Network. January 2, 2014. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  38. "「キルラキル」オリジナルサウンドトラック". Trigger. 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  39. "Aniplex USA to Release Kill la Kill Original Soundtrack CD". Anime News Network. December 24, 2013. 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  40. Green, Scott. ""Kill La Kill" Blu-rays to Feature Soundtrack and OVA". Crunchyroll. December 20, 2013. February 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  41. "Gurren Lagann Staff's Kill la Kill Anime Gets Manga". Anime News Network. September 4, 2013. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  42. "Ryou Akizuki's Kill la Kill Manga to End in February". Anime News Network. December 30, 2014. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  43. "Udon Entertainment Licenses Kill La Kill Manga, More". Anime News Network. July 27, 2014. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  44. "キルラキル (1) (カドカワコミックス・エース)". Amazon.co.jp. ISBN 4041209080. 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  45. "Kill la Kill Volume 1 (Kill La Kill Gn)". Amazon.com. İstifadə tarixi: 2 iyul 2016.
  46. "キルラキル 2 (角川コミックス・エース)". Amazon.co.jp. ISBN 4041210488. 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  47. "Kill la Kill Volume 2 (Kill La Kill Gn)". Amazon.com. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  48. "キルラキル (3) (カドカワコミックス・エース)". Amazon.co.jp. ISBN 978-4041021071. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  49. "Kill la Kill Volume 3". Amazon.com. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
  50. "Teaser trailer reveals Kill la Kill game, published by Arc System Works". Destructoid. 16 June 2018. 16 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2018.
  51. Gay, Eliot. "Imaishi and crew hit it out of the park". Japanator. October 8, 2013. April 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  52. Eisenbeis, Richard. "Kill la Kill Is a Rare Breed of Anime". Kotaku. April 4, 2014. April 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  53. Frazer, Robert. "Kill la Kill – Eps. 1–5". UK Anime Network. November 8, 2013. December 29, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  54. Hanley, Andy. "The 2013 UK Anime Network Awards". UK Anime Network. 2014-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]