Kiznaiver

Kiznaiver (キズナイーバー, Kizunaībā?, azərb. Kiznayver‎)TriggerAniplex tərəfindən Mari Okadanın ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Yaponiyada 9 aprel 2016-cı ildən 25 iyun 2016-cı ilə kimi yayımlanmışdır. Personaj dizaynerləri Şiro Miva və Mai Yoneyamadır.[4] "Rage of Bahamut" animesinin ikinci rejissoru, "Kill la Kill" animesinin isə seriya rejissoru olmuş Hiroşi Kobayaşi bu anime serialında rejissor kimi debüt edir.

Kiznaiver
キズナイーバー
(Kizunaībā)
azərb. Kiznayver
Janr döyüş, triller, elmi fantastika, dram[1]
Manqa
YazıçıRoci Kareqişi
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyatCrunchyroll (rəqəmsal)[2]
Demoqrafiyaseynen
Nəşr tarixi25 mart 201625 iyun 2016
Cildlər1
Anime
RejissorHiroşi Kobayaşi
ProdüsserUryuu Kyoko, Uetsuki Mikio, Sayta Hideyuki, Kase Naoto, Usa Yoşihiro, Kaneniva Kozue, Ovada Tomoyuki
SsenaristMari Okada
BəstəkarYuki Hayaşi
StudiyaTrigger
Digər lisenziyalar
Anime Limited
KanalTokyo MX, GTV, GYT, BS11, ABC, TVA, AT-X
Digər kanallar
Aniplus Asia[3]
Buraxılış tarixi9 aprel 201625 iyun 2016
Seriyalar12 (seriya siyahısı)
Manqa
Mini! KIZNAIVER Theater
YazıçıS.Kosuqi
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyatCrunchyroll (rəqəmsal)
Demoqrafiyaseynen
Nəşr tarixi27 aprel 2016 – hazırda
Cildlər1
Manqa
ManqakaRyo Suzukaze
RəssamTrigger
NəşriyyatKadokawa Shoten
Nəşr tarixi27 oktyabr 2016
  Anime və manqa portalı

Anime serialının adı "yara" (, kizu?) və "əlaqə" (, kizuna?) sözlərinin birləşməsindən yaranıb.[5] "Kiznaiver" bir-biriləri ilə yaraları ilə bağlanmış bir qrupdan bəhs edir və bu qrup onlara verilən missiyaları birlikdə yerinə yetirməlidir. Mövzu baxımından bu anime serialı Trigger studiyasının əvvəlki filmlərində işlənmiş personajlar arasındakı münasibətlər mövzusuna oxşayır.[6]

Anime serialı CrunchyrollNiconico vasitəsilə yayımlanmışdır.[7]

Hadisələr uydurma və futuristik Yaponiya şəhəri olan Suqomori şəhərində baş verir. Bu şəhər islah olunmuş zibilxananın yerində salınmışdır. Bir zamanlar çiçəklənən şəhərin əhalisi indi getdikcə azalmaqdadır.

Yay tətilinin başlamasına bir neçə gün qalmış Noriko Sonozaki adlı sirli və duyğusuz qız Noriko Sonozaki sinif yoldaşı Katsuhira Aqataya onun Kiznayver olduğunu bildirir, çünki Aqata naməlum səbəbdən heç bir ağrı hiss etmir. Norikonun başçılığı altında Aqata və onun sinif yoldaşlarına kizuna (və ya bağlantı) tətbiq olunur.[8] Kizuna sistemi bu xasiyyətcə və şəxsiyyətcə kəskin fərqlənən şəxslərdən heç olmasa birinin ağrı hiss etdikdə digərlərinin də ağrı hiss etməsini təmin edir. Noriko başa salır ki, Aqata və onun dostları, eləcə də, Suqomori şəhəri Kizuna sistemi təcrübəsinin bir hissəsidirlər, onlara müxtəlif tapşırıqlar veriləcək. Aqata və sinif yoldaşları Kiznayver olurlar.

Kizuna sisteminin başlıca məqsədi insanları yaraları ilə əlaqələndirmək və beləcə də, dünya sülhünə nail olmaqdır. Sistemin ideyasına görə əgər bir şəxs birinə zor tətbiq edərkən özü də bu ağrını hiss edəcəksə, o zaman zor tətbiq etməyəcək.[9]

Katsuhira Aqata (阿形 勝平 Agata Katsuhira)
Səsləndirən: Yuuki Kaci, Ruyto Kuqa (uşaqlıq)
Anime serialının baş qəhrəmanıdır. Uşaqlıda qatıldığı Kiznayver təcrübələrinə görə heç bir ağrı hiss etmir. Qeyri-emosional oğlandır. Sonozakiyə qarşı sevgi hisləri var.
Noriko Sonozaki (園崎 法子 Sonozaki Noriko)
Səsləndirən: Hibiku Yamamura, Sakkuru Zayzen (uşaqlıq)
Serialın əsas qadın personajıdır. Uşaq ikən Aqata ilə birlikdə Kiznayver təcrübələrinə qatılmışdır. Kiznayver təcrübələrinin əsas aparıcı üzvlərindən biridir.
Çidori Takaşiro (高城 千鳥 Takashiro Chidori)
Səsləndirən: Yuka Terasaki
Aqatanın uşaqlıq dostudur. Emosional, utancaq qızdır. Yaxşı yemək pişirir və digər kiznayverlər üçün yemək bişirir. Aqataya qarşı sevgi hisləri var.
Hacime Tenqa (天河 一 Tenga Hajime)
Səsləndirən: Tomoaki Maeno
Tenqa güclü, zorba, hündürboy oğlandır. Ən böyük qorxusu itlərdir. Çidoriyə qarşı sevgi hisləri vardır.
Niko Niiyama (新山 仁子 Niiyama Niko)
Səsləndirən: Missaki Kuno
Enerjili, qəribə qızdır. Özünü qəribə aparmağa çalışır, çünki onun fikrincə özünü ağıllı aparmaq insanların onu sevməməsinə səbəb ola bilər. Buna görə də yalandan "pəriləri gördüyünü" deyir. Dostlaşmağı sevir, dəfələrlə Honokaya dost olmaq üçün müraciət edir.
Tsuquhito Yuta (由多 次人 Yuta Tsuguhito)
Səsləndirən: Nobunaqa Şimazaki
Məktəbin yaraşıqlı, populyar oğlanıdır. Qızlar ona tez-tez yanaşır. Yuta uşaq ikən çox kök idi. Bu səbəbdən uşaq ikən kök olduğunu heç kimə demək istəmir, bu onun ən böyük utancıdır, kiznayverlər arasında dietasına ən çox diqqət yetirən şəxsdir. Hokoya qarşı sevgi hisləri var.
Honoka Maki (牧 穂乃香 Maki Honoka)
Səsləndirən: Rina Sato
Sərt, qaraqabaq qızdır. Əvvəllər dostu Ruru ilə manqaka kimi işləmişdir və manqası çox böyük uğur qazanmışdır. Lakin Honoka Ruru ilə aralarındakı münasibətin ona ağrı verəcəyini düşündüyündən dostundan ayrılmışdır və Ruru manqanın son fəslini tək tamamlamağa məcbur olmuşdur. Lakin Honoka heç vaxt son fəsli oxumamışdır. Honoka üçün "dost" olmağı sevmir, hətta dəfələrlə Nikonun dostluq təkliflərini və digər kiznayverlər ilə dost olduğunu rədd edir. Lakin sonda bu həqiqəti qəbul edir.
Yoşiharu Hisomu (日染 芳春 Hisomu Yoshiharu)
Səsləndirən: Kotaro Nişiyama
Yaraşıqlı və qəribə oğlandır. Mazoşist şəxsiyyətə malikdir, özünə ağrı verməyə sevir. Məktəbə tez-tez gəlmir, yaralana biləcəyi yerlərdən keçməyi sevir. Hisomu məktəbə gələr-gəlməz qızlar tərəfindən sevildiyindən Yutanın paxıllığına səbəb olur.
Kazunao Yamada (山田 一直 Yamada Kazunao)
Səsləndirən: Cuniçi Suvabe
Mutsumi Uruşibara (漆原 睦 Urushibara Mutsumi)
Səsləndirən: Mie Sonozaki
Qomorin (ゴモリン)
Ruru (瑠々)
Səsləndirən: Sayaka Nakaya

Trigger studiyasının prodüseri Tsutsumi Naoko ssenarist Mari Okadaya yeni anime üzərində işləmək təklifi etdi və Okada təklifi qəbul etdi. Okada anime üçün əvvəlcə "Aoharide""Blue Spring Ride" adlarını fikirləşmişdi. Lakin daha sonra Okada "kizuna""naïve" sözlərini birləşdirmək qərarına gəldi və "Kiznaiver" adı ortaya çıxdı. Trigger studiyasının digər prodüseri Masahiko Otsuka rejissor kimi Hiroşi Kobayaşini uyğun gördü və ona animenin rejissoru olmaq təklifi etdi.[10]

İlk başda Yutanın saç stili "M" şəklində idi. Lakin bu qəribə göründüyündən dəyişiklik edildi. Bundan əlavə, Katsuhiranın saçları əvvəlcə qəhvəyi rəngdə idi, lakin dizayner May Yoneyamanın təklifindən sonra ağ rənglə dəyişdirildi, çünki ağ saçın Katsuhiranın konsepsiyasına uyğun gələcəyi düşünüldü.

Anime serialı haqqında ilk məlumat "Shufu-to-Seikatsu Sha Ltd." şirkətinin "PASH!" jurnalının 2015-ci il noyabr sayında məlumat verilmişdir.[11] 2015-ci ilin noyabrında isə ilk kommersiya videosu yayımlanmışdır.[5] 11 dekabr 2015-ci ildə Crunchyroll animeni yayımlayacağını açıqlamışdır.[2] 27 mart 2016-cı ildə animenin ilk iki seriyası ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən "Sakura-Con" tədbirində nümayiş etdirilmişdir.[12] Anime serialının çəkiliş heyəti və seyüləri haqqında məlumat verən xüsusi "0-cı seriya" da istehsal olunmuşdur.[13] "Kiznaiver" 9 aprel 2016-cı ildən yayımlanır.

Anime serialı üçün "Biz yaralar vasitəsilə əlaqələnmişik" (ing. "We are connected through wounds") şüarı seçilmişdir.[5] Anime üçün musiqini "Haikyu!!", "Robotics;Notes", "Death Parade" kimi animelər üçün də fəaliyyət göstərmiş Yuuki Hayaşi bəstələmişdir.

Anime serialının açılış mahnısı Boom Boom Satellit musiqi dueti tərəfindən ifa olunan "LAY YOUR HANDS ON ME" (azərb. "ƏLLƏRİNİ MƏNİM ÜZƏRİMƏ QOY"‎) mahnısı,[14] bağlanış mahnısı isə Sangatsu no Phantasia tərəfindən ifa olunan "Hajimari no Sokudo" (はじまりの速度?) mahnısıdır.[14] Mahnılar 2 fevral 2016-cı ildə təqdim olunmuşdur.[15]

Anime serialı Böyük Britaniya üçün Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır.[16]

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq Yayım tarixi
1 "Bəzən ilk gündəki göz təması bir əlaqəni çiçəkləndirə bilər."
"Hitome Atta Sono Hi kara, Kizuna no Hanasaku Koto mo Aru" (一目あったその日から, 絆の花咲くこともある) 
9 aprel 2016
2 "Əgər belə qəribə vəziyyətə sinə çəkə bilirsənsə, iki vedrə barium problem yaratmamalıdır"
"Konna Ijou Jitai Kantan ni Nomi Komen Nara Barium Nanza Bucket Nihai wa Karuku Yoyuu Dattsuno" (こんな異常事態カンタンに飲みこめんならバリウムなんざバケツ二杯は軽く余裕だっつーの) 
16 aprel 2016
3 "Necə baxdığınızdan asılı olaraq, düşünürəm ki, biz nəyinsə öhdəsindən gələ bilərik... Düzdü?"
"Donna ni Sanzan na Joukyou Datte Torae Kata Shidai de Nantoka Yatteikeru kamo...... ne?" (どんなにさんざんな状況だって捉えかた次第でなんとかやっていけるかも...... ねっ?) 
23 aprel 2016
4 "Madam ki, bir-biriməzə bağlandıq, gəlin bir-birimizi daha yaxşı tanıyaq, oldu?"
"Sekkaku Tsunagari Attanda Shisa Motto Otagai Wakari Aou Yon" (せっかく繋がりあったんだしさもっとお互いわかりあおうよん) 
30 aprel 2016
5 "Vau, bura məşq düşərgəsidir! Gəlin maral nəcisinin içərisinə girək və yastıq savaşı edək! Gəlin, gəlin!"
"Hyahhoi, Gasshuku Daa! Shika no Fun Funde Makuranage Shite Go Go!" (ひゃっほい, 合宿だぁ! 鹿のフン踏んで枕投げしてゴーゴー!) 
7 may 2016
6 "Nədənsə siz birlikdə olanda yaxşı şeylər baş vermir"
"Anta-tachi to Iru to Hontou ni Rokuna Koto ga Nai" (あんた達といるとほんっとにろくなことがない) 
14 may 2016
7 "Bir acının yeddidə birinin yeddi qatının şəxsiyyətinə əsaslanan bir döyüş"
"Nana-bun no Ichi no Itami no Sono Mata Nana Bai no Shoutai ni Fureru Tatakai" (七分の一の痛みのそのまた七倍の正体に触れる戦い) 
21 may 2016
8 "Xoşbəxt anlar ən sona qədər qulluq etmir"
"Happy na Jikan tte Sousou Nagaku wa Tsuzukanai Mono da yo ne" (ハッピーな時間ってそうそう長くは続かないものだよね) 
28 may 2016
9 "Deyəsən... bu, sondur."
"Banjikyuusu......kashira" (万事休す……かしら) 
4 iyun 2016
10 "Sən yaxşı bilirsən ki, sənin hislərin birtərəfli ola bilər, düzdür?"
"Suki na Kimochi ga Mukuwarenai kamo Nante Juujuu Shouchi no Ue daro?" (好きな気持ちがむくわれないかもなんて重々承知の上だろ?) 
11 iyun 2016
11 "Bir bir-birimizlə əlaqə saxlamalı və hislərimizi təsdiq etməliyik. Çünki dostuq!"
"Ichi Ichi Renraku Shi Atte Kimochi wo Kakunin Shi Awanai to. Datte Tomodachina n Dakara!" (しあって気持ちを確認しあわないと 。だって友達なんだ から !) 
18 iyun 2016
12 "Əgər Kizna sistemi bütün dünyaya yayılarsa"
"Sekaijuu ni Kizuna System ga Hirogatte" (世界中にキズナシステムが広がって) 
25 iyun 2016

Anime serialı ilə əlaqəli Roci Kareqişi tərəfindən hazırlanmış manqa Crunchyroll tərəfindən rəqəmsal şəkildə, eləcə də, Kadokawa Shoten nəşriyyatı tərəfindən "Dengeki Maoh" jurnalında 25 mart 2016-cı ildə nəşr olunmuşdur.[17] Bu manqanın bir cildi buraxılmışdır.[18]

Personajların çibi versiyasına yer verilən "Mini! Kiznaiver Gekijō" (みにっ! きずないーばー劇場?) adlı zarafat manqası S. Kosuqi tərəfindən çəkilir və "Dengeki Comics NEXT" jurnalında nəşr olunur. İlk tankobon cildi 6 iyun 2016-cı ildə nəşr olunmuşdur.[19] Crunchyroll manqanı "Mini! KIZNAIVER Theater" adı ilə ingilis dilinə lisenziyalaşdırmışdır.[20] Bu manqanın bir cildi buraxılmışdır.[21]

Kiznaiver
Yapon nəşr tarixiYapon ISBN
1 27 iyul 2016[18]ISBN 978-4-04-892173-2
Mini! Kiznaiver Gekijō
Yapon nəşr tarixiYapon ISBN
1 10 iyun 2016[21]ISBN 978-4-04-865427-2

27 oktyabr 2016-cı ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən Ryo Suzukazenin müəllifi olduğu roman adaptasiyası buraxılmışdır.[22]

Yapon nəşr tarixiYapon ISBN
1 10 iyun 2016[23]ISBN 978-4-04-865427-2

19 sentyabr 2016-cı ildə animenin əsas seyyularının və Kazunao Yamadanın seyyusu Cuniçi Suvabeninin iştirakı ilə Kiznaiver Fes. təsbiri keçiriləcək.[24]

  1. "Studio TRIGGER's New Original TV Anime Project "Kiznaiver" Revealed". Crunchyroll. October 10, 2015. April 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  2. 1 2 "Crunchyroll to Stream Trigger's Kiznaiver TV Anime". Anime NN (ingilis). 12 dekabr 2015. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  3. "Aniplus HD Airs Simulcasts of Kiznaiver, Endride, Bungo Stray Dogs, Big Order". Anime News Network. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  4. "Studio Trigger Reveals New Kiznaiver Original TV Anime". Anime News Network. October 8, 2015. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  5. 1 2 3 "Trigger's Kiznaiver TV Anime Series' 1st Ad Outlines Show's Staff" (7 noyabr 2015). Anime NN (ingilis). 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  6. "TRIGGER ANIMATION EXPO スペシャルイベント決定! | TRIGGER Inc". www.st-trigger.co.jp. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  7. "Kiznaiver TV Anime's 2nd Character Ad Introduces Chidori Takashiro, Honoka Maki". Anime NN (ingilis). 12 mart 2016. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  8. "TVアニメ「キズナイーバー」公式サイト". TVアニメ「キズナイーバー」公式サイト (Japanese). 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  9. "TVアニメ「キズナイーバー」公式サイト". TVアニメ「キズナイーバー」公式サイト (Japanese). 2020-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  10. "FEATURE: Revisit "KIZNAIVER" with Translated PASH! Interviews & Articles - Part 1". Crunchyroll (ingilis). 6 avqust 2016. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  11. "Studio Trigger Reveals New Kiznaiver Original TV Anime". Anime NN (ingilis). 8 oktyabr 2015. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  12. "Sakura-Con Hosts Premiere of 1st 2 Kiznaiver Episodes". Anime NN (ingilis). 25 mart 2016. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  13. "Crunchyroll Streams Kiznaiver Episode 0, Hatsune Miku Expo 2014 New York Event". Anime NN (ingilis). 3 aprel 2016. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  14. 1 2 "キズナイーバーpixiv公式アカウントページ". www.pixiv.net. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  15. "Trigger's Kiznaiver Anime Adds More Cast, Theme Songs, April Premiere". Anime NN (ingilis). 9 fevral 2016. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  16. "Anime Limited Updates from London MCM Comic Con". Anime News Network. May 28, 2016. 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  17. "Crunchyroll to Publish Kiznaiver Manga Online". Anime News Network. March 25, 2016. 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2016.
  18. 1 2 "キズナイーバー(1)" (yaponca). Kadokawa Shoten. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2016.
  19. "GOODS キズナイーバー". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
  20. Luster, Joseph. "Crunchyroll Adds "Mini! KIZNAIVER Theater" Gag Manga". Crunchyroll. April 27, 2016. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2016.
  21. 1 2 "みにっ! きずないーばー劇場" (yaponca). Kadokawa Shoten. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2016.
  22. "Character Art Counts Down To Release Of "Kiznaiver" Novel". Crunchyroll (ingiliscə). 27 oktyabr 2016. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2016.
  23. "キズナイーバー-あの日のキズ、これからのキズナ-" (yaponca). Kadokawa Shoten. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2016.
  24. ""Kiznaiver" Cast Reunites For September Event". Crunchyroll (ingilis). 26 avqust 2016. 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]