Pojarevas sülh müqaviləsi

Pojarevas sülh müqaviləsi[1] və ya Pasarofça müqaviləsi1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinə son verən, yuxarı Serbiya, BelqradBanat yaylasının Avstriyaya; Dalmasiya, BosniyaAlbaniya sahillərinin Venesiya Respublikasına verilməsi və Peloponnesin Osmanlılarda qalması kimi müddəaları özündə əks etdirən 21 iyul 1718-ci ildə imzalanmış müqavilədir. Müqavilə, Osmanlı sultanı III Əhmədin (1703-1730) zamanında, Serbiyanın Pasarofça ərazisində imzalandı.

Pasarofça müqaviləsi
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 21 iyul 1718
İmzalanma yeri Pasarofça, Serbiya
İmzalayanlar  Avstriya
Venesiya Respublikası
 Osmanlı imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı-Venesiya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Venesiyalılar Karlovitsa müqaviləsinin müddəalarını tamamilə pozaraq Çernoqoriya üsyanını təşviq edib, üsyançılara kömək etdiyinə görə və İstanbul-Misir səfərləri edən Osmanlı ticarət və həcc gəmilərinə hücum etdiyinə görə, 1715-ci ildə silahdar Əli Paşa Venesiya Respublikasına müharibə elan edərək Peloponnes səfərinə çıxdı. Bu səfəri Korinf, Anapoli, Modon, Koron, Navarin qalalarını fəth edərək qələbəylə nəticələndirdi. Ancaq Venesiya Respublikasının birliyi olan Avstriya Karlovitsa müqaviləsinə uyğun olaraq Peloponnesin Venesiyalılara qaytarılmasını tələb etdiyi üçün Avstriyaya qarşı müharibə başladı.

Osmanlı-Avstriya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Sədrəzəm silahdar Əli Paşanın komandanlığı altında Osmanlı ordusu Macarıstana girdi. Petrovaradin müharibəsində Savoy şahzadəsi Eugenin komandanlığı altında olan Avstriya ordusu Osmanlı qüvvələrini məğlub etdi (5 avqust 1716) və sədrəzəm silahdar Əli Paşa şəhid oldu. Bu məğlubiyyətdən sonra Osmanlı İmperiyasının Macarıstandakı son torpaqları olan Banatdakı Timişoara qalası da yıxıldı. Osmanlı ordusunda olan dağılma ilə dağınıq və nizamsız qoşunlar Belqrada geri çəkildi. Ədirnəİstanbulda çaxnaşma yaşandı. Yeni sədrəzəm Hacı Xəlil Paşa ordunun texnikası ilə məşğul idi, amma 1717-ci ildəki müharibələr məğlubiyyətin həcmini artırdı, 18 avqust 1717-ci ildə Belqrad düşmən əlinə keçdi. Belqraddan Nişə qədər bölgənin müsəlmantürk xalqları ac və çılpaq Ədirnəİstanbul yoluna getdilər. Yeni sədrəzəm nişançı Mehmed Paşanın rəhbərliyi altında ordu Avstriya cəbhəsində Bosniya və Vidində uğurlar qazandı. İbrahim Paşanın təşəbbüsləri sayəsində avstriyalılarla barışmaq qərarına gəldikdən sonra, 1718-ci ildə sədrəzəm təyin olunan İbrahim Paşa sülh bağladı.

Müqavilənin şərtləri

[redaktə | mənbəni redaktə et]

Osmanlı dövlətini Sıkk-ı Şani Dəftərdarı (Maliyyə müşaviri) silahdar İbrahimin başçılıq etdiyi nümayəndə heyəti təmsil etdi. Pasarofçada Kont Virmondun başçılıq etdiyi Avstriya nümayəndə heyəti və Karlo Ruzzininin başçılıq etdiyi Venesiya Respublikasının nümayəndə heyəti var idi. Bunlardan başqa vasitəçi dövlətləri təmsil edəcək Hollandiya nümayəndəsi Kolyer Kontu və İngiltərə nümayəndəsi Robert Sutton da var idi.

İki aya yaxın davam edən konfransdan sonra, 21 iyul 1718-ci ildə Avstriyalılar ilə 20 maddə və bir əlavə, Venesiya Respublikası ilə 26 maddəlik müqavilə imzalandı.

Müqaviləyə əsasən,

Pasarofça müqaviləsi ilə Osmanlı dövləti Avstriyaya torpaq verməsinə baxmayaraq, Venesiyadan aldı. Timişoara istisna olmaqla, daha sonrakı müqavilələrlə Avstriyaya verdiyi torpaqları geri aldı.

  • Uzunçarşılı, İsmail Hakkı (1955 Son baskı:5.bas.) Osmanlı Tarihi IV. Cilt 1. Kısım: Karlofça Antlaşmasından XVIII. Yüzyılın Sonlarına Kadar Ankara:Türk Tarih Kurumu ISBN 975-16-0015-4
  • Erim, Nihat (1953) Devletlerarası Hukuku ve Siyasi Tarih Metinleri , Ankara:Ankara Üniversitesi Hukuk Fakültesi yayınları : Türk Tarih Kurumu Basımevi, Sayfa: 61-71.
  • Ingrao, Charles; Samardžić, Nikola ve Pesalj, Jovan (2011) The Peace of Passarowitz, 1718. West Lafayette: Purdue University Press, ISBN 978-1-55753-594-8 (ing. İngiliscə)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Özcan, Abdulkadir (2007) "Pasarofça Antlaşması" Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi Cilt:31 Sayfa:177-181, Ankara: Türkiye Diyanet Vakfı Online:[1]
  • (...) A general collection of treatys of peace and commerce, manifestos, declarations of war, and other publick papers, Cilt:IV. Sayfa: 401-480 "Pasarofça Anlaşması"'nın İngilizce metni arşivlerde bulunan bir eski kitapta bulunmaktadır. PDF ve EPUB formlu Online: [2] (ing. İngiliscə)
  • Koch, Christophe Guillaume (1797) "Histoire de Traité de Paix de Passorowitz entre l'Empereur, la République de Venise et le Porte", Abrege de l'histoire des traites de paix Cilt:3 Sayfa:39-58 "Pasarofça Anlaşması"'nın Fransızca metni arşivlerde bulunan bir eski kitapta. Online: [3] (fr. Fransızca)
  1. Австрија–Түркијә мүһарибәләри (16–18 әсрләр) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 66.