Pokemon Go — Niantic tərəfindən təkmilləşdirilən və The Pokemon Company tərəfindən nəşr edilən, iOS və Android sistemli artırılmış reallıq oyunu.[7]
Pokemon Go | |
---|---|
Hazırlayan | Niantic |
Yayımlayan | The Pokemon Company |
Buraxılış tarixləri | 6 iyul 2016, 13 iyul 2016, 19 iyul 2016, 17 iyul 2016, 16 iyul 2016, 22 iyul 2016, 24 iyul 2016, 25 iyul 2016, 3 avqust 2016, 6 avqust 2016[3], 29 sentyabr 2016[4], 30 sentyabr 2016[5], 4 oktyabr 2016[6], 17 noyabr 2016, 13 dekabr 2016, 24 yanvar 2017, 15 iyul 2016, 14 iyul 2016 |
Versiya |
iOS Android |
Sonuncu versiya | |
Sonuncu beta-versiya | |
Texniki məlumat | |
Platforma | Android, iOS, iPadOS[d] |
Oyun rejimi | birnəfərli oyun, çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, fransız dili, alman dili, italyan dili, yapon dili, ispan dili, Çin dili |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | Sensor, sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyuna daxil olduqdan sonra yaratdığınız avatarla birlikdə Pokemon ovuna çıxırsınız. Oyunçular pokemonları toplayaraq kolleksiya yaratmağa başlayır. Smartfonların GPS və kamera özəlliyinin istifadə edildiyi oyun, xəritəylə birlikdə real həyatla əlaqəlidir. Oyun virtual görünsə də, pokemonları toplamaq üçün real yerlərə getmək lazım olur.
Oynamaq pulsuzdur, amma tədbiqdə həmçinin pullu oyun daxil alətləri almaq olar.[8]
Pokemon GO həm App Store, həm də Google Play-ın top çartlarının zirvəsinə ən tez qalxan oyun olub. Bundan əvvəl, onların zirvəsinə ən tez qalxan oyun Clash Royale idi.[9] Buraxılışdan sonra ilk həftə ərzində oyun App Store-dan ən çox yüklənən tədbiq olub.[10] Similarweb verdiyi məlumata görə, buraxılışdan sonra iki gün ərzində o, ABŞ-daki Android cihazlarının 5%-nə yüklənilib.[11] Sensor Tower isə xəbər verib ki, buraxılışdan sonra bir həftə ərzində o, 10 million dəfə yüklənilərək, bu göstəriciyə ən tez çatan tədbiq olub.[12] İyulun 13-də, oyun artıq 15 million dəfə yüklənilib.[13] Survey Monkey verdiyi məlumata görə, iyulun 12-də Pokemon Go 21 million aktif istifadəçini cəlb edərək, ən çox istifadə olunan mobil oyunu olub. Əvvəl birinci yeri Candy Crush Saga (zirvə nöqtəsi 20 million aktiv istifadəçi), ikinci yeri isə Draw Something (zirvə nöqtəsi 16 million aktiv istifadəçi) tuturdu.[14] Baxmıyaraq ki, tədbiq Niderlandda ancaq iyulun 15-də buraxılıb, ölkədə artıq 1,3 million istifadəçi onu oynuyurdu.[15]