Poliqamiyanın qanuniliyi bəzi dünya ölkələrində tanınır. Poliqamiya təxminən 200 müstəqil dövlətdən 58-də qanunidir. Onların əksəriyyəti Afrika və Asiyada yerləşən müsəlman dövlətləridir. Həmin dövlətlərin əksəriyyətində poliginiyaya qanunvericiliklə icazə verilir. Poliandriya isə faktiki olaraq bütün dünya ölkələrində qanunsuz hesab olunur. Digər müstəqil dövlətlər poliqamiyanı tanımırlar.
Qabon:[8] Qabon qanunvericiliyinə görə, həm kişilər, həm də qadınlar əks cinslə poliqam nikaha daxil ola bilərlər. Praktikada bu hüquq yalnız kişilərə münasibətdə tanınır.[9]
Kot-d'İvuar. Burada poliqamiya altı aydan üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər və ya şəxs 50,000 CFA frankından 500,000 CFA frankınadək (80 ABŞ$-800 ABŞ$) cərimə edilə bilər.[58]
Eritreya. Burada poliqamiya 1977-ci ildən etibarən qanunsuzdur. 2015-ci ildən etibarən 6 aydan 12 ayadək müddətə azadlıqdan məhrumetmə və ya 20,001 – 50,000 nafka həcmində cərimə ilə cəzalandırılır.[59]
Mayotta (Fransa ərazisi) (kriminallaşdırılmayıb): 2009-cu ilin martında Fransa tərəfindən keçirilən, adanı Fransa qanunlarını tətbiq etməyə məcbur edən referendumun nəticələrinə görə de fakto qanunsuz hesab olunmuşdur.[85][86] Bununla belə, əvvəllər bağlanmış müsəlman nikahları hələ də etibarlıdır.
Braziliya: İkiarvadlılıq qanunsuzdur, lakin praktikada bu dekriminallaşdırılıb; bu isə kəbinsizliyin sayı ilə bağlı yeni xəbərlərin ortaya çıxmasına səbəb oldu.[89]
Kanada: Cinayət Məcəlləsinin 293-cü maddəsinə görə, poliqamiyanın bütün formaları, eləcə də bəzi qeyri-rəsmi cinsi əlaqələr qanunsuzdur.[90]İkiarvadlılıq 290-cı maddə ilə qadağan edilib.[91] Bununla belə, uzun müddətdir ki, poliqamiyanı qadağan edən qanun effektiv deyil. 2009-cu ilin yanvar ayına olan məlumata görə, son altmış ildə heç kəsin bu maddə üzrə mühakiməsi "uğurlu" alınmamışdır.[92] 2009-cu ildə Britaniya Kolumbiyasının Bauntiful qəsəbəsində iki poliqamiya işi üzrə bəraət hökmü çıxarıldıqdan sonra Britaniya Kolumbiyası hökuməti Britaniya Kolumbiyası Ali Məhkəməsinə sorğu göndərmişdi. Sorğuda poliqamiyanın cinayət hesab edilməsinin Hüquq və azadlıqlar haqqında Kanada Xartiyasına uyğun olub-olmadığı və hansı şərtlər altında insanların poliqamiyaya görə cəzalandırıla biləcəyi soruşulurdu.[93] 2011-ci ilin noyabrında məhkəmə özünün 335 səhifə həcmində qərarını dərc etdirmişdi. Həmin qərara görə, poliqamiyanın cinayət hesab edilməsi əslində konstitusionaldır, lakin bundan poliqam nikahlarda iştirak edən azyaşlıları təqib etmək üçün istifadə edilməməlidir.[94] Sədrlik edən hakim Robert Bauman bu qanunla bəzi mülki hüquq prinsipləri arasında ziddiyyətin olduğunu qəbul etmək məcburiyyətində qalmışdı, lakin qeyd eləmişdi ki, bu vəziyyətdə digər və "daha vacib" məsələlər var. O yazırdı (CBC News'un qeyd etdiyinə görə[94]): "Mən belə nəticəyə gəlirəm ki, bu məhkəmə işi əsasən zərərlə bağlıdır. Daha dəqiq desək, Parlamentin zərərlə bağlı əsaslı qorxusu poliqamiya praktikasından irəli gəlir. Bura qadınlara, uşaqlara, cəmiyyətə və monoqam nikah institutuna dəyən zərər daxildir." Bauman iddia edirdi ki, elə işlər var ki, orada "qadınlar" (olduqca gənc, hətta bəzən yaşı 12-dən az olanlar) qaçırılır və sui-istifadə edilirlər, lakin onlar poliqamiyanı təşviq edən inanca inandıqlarına görə, səlahiyyətli şəxslərə şikayətlərini bildirmək istəmirlər. O, belə fikir yürüdürdü ki, bu pozuntular poliqamiya əleyhinə qanunvericiliklə bəzən dayandırıla bilər. Qərar Britaniya Kolumbiyasının Baş Prokuroru və Kanadada "Poliqamiyanı Dayandır" qrupunun nümayəndəsi tərəfindən xoş qarşılanmışdı. Həmçinin, CBC News'a görə[94] Bauman, öz münasibətlərini rəsmiləşdirmədikləri halda qanunun poliamoriya qruplarına tətbiq olunmayacağını qeyd etdikdən sonra Kanadadakı bəzi poliamoriya qrupları rahat olduqlarını ifadə etmişdilər. Qadın hüquqları qərarın əsas məğzini təşkil edirdi.[94]
Çili
Kolumbiya
Kosta Rika
Kuba
Dominika
Dominikan Respublikası
Ekvador
Salvador
Qrenada
Qvatemala
Qayana
Haiti
Honduras
Yamayka
Meksika
Nikaraqua
Panama
Paraqvay
Peru
Sent-Kits və Nevis
Sent-Lüsiya
Sent-Vinsent və Qrenadin
Surinam
Trinidad və Tobaqo
ABŞ: Poliqamiya federal səviyyədə olmasa da, 50 ştatın hamısında qanunsuzdur.[95] 1847-ci ildən 1857-ci ilədək indiki Yuta ştatının ərazisində əksər Mormonlar poliqamiyanı tətbiq edirdilər, hansı ki ABŞ-nin qalan ərazisində geniş şəkildə qadağan olunurdu. ABŞ federal hökuməti İsa Məsihin Müqəddəs son günləri Kilsəsini təhdid etmiş və İkiarvadlılıq əleyhinə Morril Aktı kimi Konqres Aktlarının məcburi icra edilməsi ilə poliqamiyanı qanunsuz elan etmişdi. Kilsə bu praktikanı 1890-cı ildə 1890 Manifestosu adlı sənədlə rəsmi olaraq qadağan etmişdir.[92][96] Həmin kilsədən İsa Məsihin Müqəddəs son günləri Fundamentalist Kilsəsi və Birləşmiş Apostol Qardaşları kimi bəzi xırda qruplar hələ də poliqamiyanı tətbiq edirlər. Və bu reallıqlar barədə biliklər Böyük sevgi televiziya dramı və Sister Wives kimi realiti şoular vasitəsilə artmışdır. Amerika müsəlmanları arasında təxminən 50,000-100,000 arası əhalinin az bir qismi qeyri-rəsmi poliqam münasibətin olduğu ailələrdə yaşayır.[95]
Çin: Poliqamiya 1980-ci ildə qəbul edilmiş Nikah Qanununa əsasən qanunsuzdur. Bu, 1950-ci ildəki oxşar qadağanı əvəz etmişdir.[97] Honkonqda 1971-ci il Nikah Aktının qəbul edilməsi ilə poliqamiya sona çatmışdır.
Tayvan: Poliqamiya 1930-cu ildən qanunsuzdur.[100]
Tacikistan
Türkiyə: Atatürkünsekulyarist islahatlarının tərkib hissəsi kimi 1926-cı il Türkiyə Mülki Məcəlləsinin qəbul edilməsi ilə poliqamiya kriminallaşdırılmışdır. Poliqamiyaya görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilir.[101] Türkiyə uzun müddət sekulyarizmin təbliğinə görə tanınmış[102][103][104] və poliqamiyaya qarşı ciddi bariyerlər qoymuşdur. Eyni siyasət İslamçı Ədalət və İnkişaf Partiyası tərəfindən də davam etdirilmişdir. 2009-cu ilin martında poliqamistlərin Türkiyəyə daxil olması və yaşamasına icazə verilməmişdir.[105]
İsrail: İsrailin cinayət hüququna əsasən poliqamiya qadağan olunarkən, xaricdə bağlanmış poliqam nikahlar tanınırdı. Eləcə də, müvafiq olaraq Yəhudi qanunları və İslam qanunlarına uyğun bağlandığı təqdirdə yəhudilər və müsəlmanların poliqam nikahları etibarlıdır.
Nepal:[109][110][111] Bir ildən üç ilədək azadlıqdan məhrumetmə və 25,000 Rs-dək cərimə ilə cəzalandırılır. Bununla belə, ikinci nikah qadağan olunmayıb və cəza tam icra olunduqdan sonra ikinci arvad birinci ilə eyni vəziyyətdə olur. Hətta pensiyaya çıxmış hökumət işçisinin ölümündən sonra onun arvadına ödənilən pensiya qadınlar arasında bölünür.[112]
Rusiya:[113][114] Hazırkı Rusiya Cinayət Məcəlləsi və Rusiya İnzibati Xətalar Məcəlləsinə görə faktiki poliqamiya cəzalandırılmır. Lakin iki və daha çox şəxslə bağlanmış nikah Rusiyanın səlahiyyətli orqanları tərəfindən qeydiyyata alına və rəsmi tanına bilməz. Poliqamiya əsasən Çeçenistan, İnquşetiya və Dağıstan kimi müsəlman dövlətlərində mövcuddur.[115]
Bolqarıstan: Qanunsuzdur və üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[118]
Xorvatiya
Kipr
Çexiya
Danimarka
Estoniya
Finlandiya: Rəsmi prokuror iki və daha çox şəxslə nikahda olan şəxslərin işlərini məhkəməyə göndərməlidir və məhkəmənin qərarından sonra belə münasibətə son verilməlidir.[119] Xaricdə bağlanmış poliqam nikahlar xüsusi hallarda tanına bilər, məsələn, övladlığa götürmə zamanı.[120]
Fransa
Gürcüstan
Almaniya: Qanunsuzdur, cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[121]
Yunanıstan
Macarıstan
İslandiya
İrlandiya:[122] İrlandiya Katolik Kilsəsi kilsədə yenidən evlənməyə nikahın mülki qaydada deyil, kilsə tərəfindən etibarsız hesab edildiyi hallarda icazə verirdi; belə nikah qanunla etibarsız və ikiarvadlılıq hesab olunurdu, lakin cinayət təqibi həyata keçirilmirdi.[123][124] Bu praktika 1996-cı il boşanma qanunvericiliyi ilə başa çatdı.[123] 2017-ci ildə İrlandiya Ali Məhkəməsi qeyd etmişdir ki, əgər kimsə xaricdə iki qanuni nikaha daxil olmuşdursa, yalnız birincisi İrlandiyada qanuni hesab olunacaq. Lakin bu heç də həmişə o demək deyil ki, ikinci nikahın İrlandiyada heç vaxt hüquqi nəticələri olmayacaq.[125]
İtaliya
Kosovo
Latviya
Lİxtenşteyn
Litva
Lüksemburq
Makedoniya
Malta
Moldova
Monako
Monteneqro
Niderland: İkidən çox şəxs arasında nikah qadağan edilib. Poliqamiyanın qanuni olduğu dövlətdən gələn immiqrantların nikahı Niderlandda tanınır.[126]
Norveç
Polşa
Portuqaliya
Rumıniya: İkiarvadlılıq iki ilədək azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır. Bilərək evli şəxslə evlənmək 1 ilədək azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır.[127]
Rusiya Federasiyası
San Marino
Serbiya
Slovakiya
Sloveniya
İspaniya
İsveç: İsveç xaricdə bağlanmış poliqam nikahları tanıyır və bütün həyat yoldaşlarını əhalinin qeydə alınması zamanı evli kimi qeydiyyata alır, lakin digər həyat yoldaşları birinci ilə müqayisədə heç də hər bir halda tanına bilmir.[128][129][130] Yaşayışa icazə verilməsi və sosial müdafiə məsələlərində yalnız birinci həyat yoldaşı tanınır.[128] A Swede may have four spouses registered at most.[129]
İsveşrə: Poliqamiya qanunla qadağandır. Lakin başqa ölkədə bağlanmış poliqam nikah şəraitdən asılı olaraq qəbul edilə və ya imtina edilə bilər.[131]
Ukrayna
Böyük Britaniya: Əgər ikinci nikah Böyük Britaniyada bağlanarsa, poliqamiya ikiarvadlılıq kimi qəbul edilir. Birinci nikahdan sonra bağlanmış bütün sonrakı nikahlar, hətta həmin nikahlar xaricdə bağlanmış olsa belə, hüquqi cəhətdən tanınmır.
Avstraliya: Burada poliqam nikahlar bağlana bilməz. Lakin poliqam münasibətlər bəzi yerli icmalarda qalmaqdadır.[132][133] Xaricdə bağlanmış poliqam nikahlar az hallarda tanınır.[134]
Fici
Kiribati
Marşall adaları
Mikroneziya
Nauru
Yeni Zelandiya: Poliqam nikahlar Yeni Zelandiyada bağlana bilməz, lakin poliqam nikaha icazə verən dövlətdə qanuna müvafiq şəkildə bağlanmışdırsa, icazə verilir.
↑Medini, Mona. "Polygamy: How Moroccans trick to have a second wife". MBC Times. 23 January 2015. 10 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 November 2016. [Polygamy] legally becomes theoretically almost impossible if not completely impossible.
↑"Is polygamy corrupting South Sudan?". Daily Sabah Africa. 11 February 2015. 27 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2016. Polygamy is commonly practiced in many African societies, including South Sudan.
↑French, Patrick. "Bhutan: Last wonder". The Daily Telegraph. London. 1 March 2008. 11 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2010.
↑Chaleby, Kutaiba. "Women of Polygamous Marriages in an Inpatient Psychiatric Service in Kuwait". The Journal of Nervous and Mental Disease. 173 (1). 1985: 56–8. doi:10.1097/00005053-198501000-00009. PMID3965613.
↑Weber, Stephanie. "Yes, There Is a Marriage Practice Where Women Have Multiple Husbands". Modern Notion. 16 December 2015. 27 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 November 2016. In Sri Lanka, however, polyandry is actually protected under law. Under the Kandyan Marriage Law, women are permitted to be married to multiple men. In modern Sri Lanka, the practice often starts with a monogamous relationship that then expands with a partner of the wife’s choosing.
↑CEDAW (2007), Responses to the List of Issues And Questions with Regard to the Consideration of the Combined Initial, Second, Third, Fourth and Fifth Periodic Reports: Sierra Leone, CEDAW/C/SLE/Q/5/Add. 1, CEDAW, New York, NY, p. 17.
↑Almeida, Henrique. "Polygamy in Angola isn't legal, but it is common". Reuters. 14 July 2009. 11 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2016. Although Angolan law condemns polygamy, or multiple marriages, the practice is widespread in a country with a large share of female-headed households and where woman are often left alone to care for their children.
↑Mwareya, Ray. "Widows without sons in Mozambique accused of sorcery and robbed of land". Reuters. 5 July 2016. 25 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2016. Although polygamy is prohibited in Mozambique there is no punishment. Across the country nearly a third of married women are thought to be in polygamous marriages, according to a NORAD survey.
↑Mony, Keo. "Cambodian Marriage". Ethnomed. 5 February 2008. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2017. The modern constitution forbids polygamy; some say it is commonly practiced more often when family economics permit.
↑"Kathmandu sees rise in polygamy cases". The Himalayan Times. 22 August 2015. 17 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2017. Though polygamy is restricted and made punishable under the existing laws, it has long been hidden and prevalent in the country.
↑ 12Maogoto, Jackson Nyamuya; Anolak, Helena. "Legalising Divorce in the Republic of Ireland: A Canonical Harness to the Legal Liberation of the Right to Marriage Among the Disenfranchised". SSRN Electronic Journal. 2009. doi:10.2139/ssrn.1465343. ISSN1556-5068.
↑Shatter, Alan. "Fifteenth Amendment of the Constitution (No. 2) Bill, 1995: Committee Stage". Select Committee on Legislation and Security Debate. Oireachtas. 5 October 1995. 14 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2017. The State does not recognise church decrees of annulment. In effect, all marriages celebrated after a church decree of annulment are bigamous and priests celebrating these marriages are accessories before the fact to bigamy and liable to criminal prosecution. ... we have turned a blind eye to the celebration of bigamous marriages and abandoned couples who celebrate them to a legal limbo for so many years. (#redundant_parameters)