Portals — amerikalı müğənni-bəstəkar Melani Martinesin üçüncü studiya albomu. 31 mart 2023-cü ildə Atlantic tərəfindən buraxılıb.[4] Albom buraxılmazdan əvvəl iki sinql, "Death" 17 mart, "Void" 29 mart buraxılıb. Əlavə üç trekin yer aldığı delüks versiyası 5 aprel 2023-cü ildə yayımlanıb.
Martines 2019-cu ildə ikinci albomunu və onun adını daşıyan musiqili filmin buraxılmasından sonra,[5][6] 2020-ci ildə dördüncü mini-albomu After School-u yayımladı.[7] Bunun ardınca mini-albomdakı treklərin yer aldığı K-12-nin delüks versiyası yayımlandı. Bunu da qeyd etmək lazımdır ki, mini-albom K-12-nin hekayəsi ilə əlaqəli deyildi.[8]
Martines iki illik fasilədən sonra bütün Instagram paylaşımlarını arxivləşdirməyə başladı və 18 fevral 2023-cü ildə buraxılacaq üçüncü albomunu elan etdi.[9] Müğənni həmçinin Spotify-da yeni mahnıdan on iki saniyəlik snippet yerləşdirdi.[10]
Tizer videosunda dumanlı pəri meşəsindəki göbələyin gövdəsində “RIP Crybaby” yazısının əks olunduğu göstərilib.[11] Növbəti bir neçə gün ərzində onun bütün sosial media platformalarında "yenidən doğuş, embrionların böyüməsi və meşələrdə yumurtaların inkubasiyası" mövzulu daha bir neçə tizer yayımlandı.[12] O, həmçinin əvvəllər yüklənmiş YouTube videolarının örtük şəkillərini bu tizer videosunun şəkli ilə əvəz etməyə başladı. (RIP Crybaby)
22 fevral 2023-cü ildə o, "özünün çəhrayı canlı kimi yumurtadan çıxmasının" bir dəqiqəlik tizerini yüklədi.[13] Tizerdə albomun adı və buraxılış tarixi də var idi. Onun rəsmi internet saytı da yeniləndi, burada albom rəsmləri və albom məhsulları əvvəlcədən sifariş üçün təqdim edildi.[14] Martines albomun aparıcı sinqlını buraxmazdan əvvəl öz rəsmi saytında albomun adını açıqladı.[15]
Martines albomun buraxılmasından bir neçə həftə əvvəl Cənubi Amerikada albomdan bir neçə mahnı ifa etdi. O, Cənubi Amerikanın hər üç Lollapalooza festivallarında,[16] həmçinin Festival Estereo Piknik[17] və Santyaqoda solo şousunda çıxış etmişdir.[18]
2023-cü ilin mart ayında Martines Instagram-a alter eqosu çəhrayı yadplanetlinin "insan bədənindən ayrılmasını" əks etdirən gizli mesajlı paylaşım yüklədi.[19] Mesajda həmçinin 17 mart 2023-cü ildə buraxılmış albomun aparıcı sinqlı olan "Death"ın sözləri, buraxılış tarixi və adı açıqlanıb.[20] Sinqlı CJ Baran ilə birgə yazıb və hazırlamışdır. "Void" albomdan ikinci sinql kimi rəqəmsal olaraq 29 mart 2023-cü ildə buraxıldı və 11 aprel 2023-cü ildə ABŞ-da alternativ radioya göndərildi.[21]
Portals Birləşmiş Ştatlarda ilk həftəsində 142.000 albom ekvivalent nüsxəsi (99.000 xalis satış və 60.58 milyon oxutma) qazanaraq Billboard 200-də 2-ci yerdə debüt etdi.[22] Bu, onun üçüncü top 10-da yer alan albomu və karyerasının ən yüksək pillədə qərarlaşan albomu oldu.[23]
Avstraliyada albom Avstraliya albomlar hit-paradında 1-ci yerdə debüt etdi və onun ölkədəki ilk bir nömrəli albomu oldu.[24]