Povorotnı adası

Povorotnı adasıŞimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Povorotnı adası
rus. Поворотный
Ümumi məlumatlar
Hündür nöqtəsi 21 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
80°07′37″ şm. e. 91°45′27″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Povorotnı adası xəritədə
Povorotnı adası
Povorotnı adası

Kara dənizində, Komsomoles adası ilə Pioner adası arasında yerləşir. Komsomoles adasında yerləşən Otkrıtı burnundan 8,3 km, Pioner adasında yerləşən Xolmistı burnundan isə 5,5 km aralıda qərarlaşır. Adadan 5 km qərbdə Yunıy boğazı yerləşir. Şimalında Kovalevski körfəzi yerləşir.

Şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 1,5 km, eni 350 m təşkil edir. Maksimal hündürlük 21 metrdir. Qərb sahilləri 5 m hündürlüyə sahibdir. Çay və gölə sahib deyildir. Buzdan tam azaddır.