Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir.
Pioner adası | |
---|---|
rus. Пионер | |
Ümumi məlumatlar | |
Sahəsi | 1522 km² |
Uzunluğu |
|
Eni | 43 km |
Hündür nöqtəsi | 385 m |
Əhalisi |
|
Yerləşməsi | |
79°54′00″ şm. e. 92°18′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir[1]. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir.
Adanın böyük hissəsində sahillər nisbətən hündürdür. Şimal sahillərində çoxlu sayda burun və körfəzlər vardır. Cənub və şərq sahillərindən dənizə çaylar axır. Adanın ən böyük çayları: İlistaya, Klıkovaya, Vernaya, Skoraya, Sbitaya, Buyanka, Struyka, Pionerka (30 km), Qovorlivaya və Kotelçataya (25 km). Çayların böyük qismi cənuba və şərqə axır. Böyük gölləri yoxdur. Kiçik göllərin sahəsi 2–3 km² olur [2].
Ada ərazisində iki iri buzlaq vardır. Pioner buzlağında adanın ən hündür nöqtəsi 385 metr təşkil edir. Adanın orta hündürlüyü 40–90 m təşkil edir. Ada demək olar ki, bütünlüklə alçaq təpəliklərdən ibarətdir[3].
Adanın qarla örtülü olmayan sahələrində bitkilər aləmi çox zəyifdir. Adanın cəmi 10% -də tundra yayılışdır. Qalan hissələrdə isə Arktika səhraları yayılmışdır. Bitkiləri əsasən mamırlar və şibyələrdir.
Ada ilk dəfə 1932-ci ilin iyununda Georgi Alekseyeviç Uşakov tərəfindən aşkarlanır[4] 1 dekabr 2006-cı ildə Taymır muxtar diyarının qanunveriçi orqanı Dumada axipelaqa daxil adaların adlarının dəyişdirilməsi haqqında qərar qəbul edilir[5]. Ancaq Krasnoyarsk diyarının qanunvrici orqanı bu dəyişiklikləri qəbul etmir[6].