Şahzadə Mononoke (もののけ姫, Mononoke hime?, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır.
Şahzadə Mononoke | |
Yapon poster | |
Janr |
Fentezi macəra dram məhəbbət |
---|---|
Anime | |
Rejissor | Hayao Miyazaki |
Prodüsser | Toşio Suzuki |
Ssenarist | Hayao Miyazaki |
Bəstəkar | Co Hisayşi |
Studiya | Studio Ghibli |
Vaxt | 133 dəqiqə |
Yaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır.
Filmin əsas musiqisi Co Hisayşinin "Legend of Ashitaka" bəstəsidir. Miyazaki maşınla gedərkən "Mononoke Him" bəstəsinin ifaçısını seçdi. Müğənninin ifası ona heyran etdi. Bu kontrtenor Yoşikazu Mera idi. Mahnın mətnini Miyazaki özü yazdı, Mera mahnını necə ifa etməsini soruşanda Miyazaki dedi ki, bu mahnını Aşitaka Sana öz fikirlərində oxuyur.