Hayao Miyazaki

Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[1][2][…], Bunkyo, Tokio[3]) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir.

Hayao Miyazaki
yap. 宮崎駿
Doğum tarixi 5 yanvar 1941(1941-01-05)[1][2][…] (83 yaş)
Doğum yeri
Uşaqları
Fəaliyyəti kinorejissor, animasiyaçı, manqaka, ssenarist, montajçı[d], film prodüseri, söz yazıçısı[d], illüstrasiyaçı[d], ətraf mühit fəalı, rejissor, komiks rəssamı, personaj dizayneri[d]
Fəaliyyət illəri 1963-cü ildən
Mükafatları Oskar mükafatıQızıl ayı mükafatı ("Ruhlarla sovrulanlar" filminə görə)
ghibli.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing. Puss in Boots) və "Heyvan xəzinəsi adası" (ing. Animal Treasure Island) filmlərinə, daha sonra isə Takahata ilə birgə "Üçüncü Lupin: Birinci hissə" (ing. Lupin the Third Part I) filminə quruluş vermişdir. 1973-cü ildə Miyazaki Zuiyō Eizō (Daha sonralar Nippon Animation adı ilə tanınmışdır) şirkətinə qatılmış, burada "Dünya şahəsər teatrı" (ing. World Masterpiece Theater) filminin animasiyaçısı olmuş, "Kanon — gələcək oğlan" (ing. Future Boy Canon) televiziya serialına rejissorluq etmişdir. 1979-cu ildə Miyazaki Telecom Animation Film/Tokyo Movie Shinsha şirkətinə qatılmışdır və elə həmin ildə ilk bədii filmi olan "Kaqliostro qalası" (ing. The Castle of Cagliostro) filminə, 1984-cü ildə "Küləklər vadisindən Navsikaya" (ing. Nausicaä of the Valley of the Wind) filminə, eləcə də "Şerlok Hond" (ing. Sherlock Hound) televiziya serialına rəhbərlik etmişdir.

Miyazaki 1985-ci ildə Studio Ghibli şirkətini təsis etdi. Onun bu şirkətdə quruluş verdiyi çoxsaylı filmlərə, 1986-cı ildə "Səma qəsri Laputa" (ing. Castle in the Sky), 1988-ci ildə "Mənim qonşum Totoro" (ing. My Neighbor Totoro), 1989-cu ildə "Kikinin çatdırma xidməti" (ing. Kiki's Delivery Service), 1992-ci ildə "Porko Rosso" filmləri daxildir. Filmlər Yaponiyada kommersiv və tənqidi müvəffəqiyyətlərlə qarşılandı. Miyazakinin "Şahzadə Mononoke" (ing. Princess Mononoke) filmi ilk animasiya filmi olaraq Yaponiya Akademiyası İlin Filmi Mükafatını qazandı və 1997-ci ildə buraxıldıqdan sonra Yaponiyada ən yüksək gəlirli film oldu.[a] Filmin Qərb dünyasında nümayiş etdirilməsi Studio Ghiblin şirkətinin nüfuzunu artırdı və Yaponiyanın xaricində təsiri oldu. Onun 2001-ci il istehsalı "Ruhlarla sovrulanlar" (ing. Spirited Away) cizgi-filmi Yaponiya film tarixində ən yüksək gəlirli filmə çevrilərək 75-ci Akademiya mükafatlarının Ən yaxşı anime filmi nominasiyasında Oskar mükafatını qazandı və son onillik ərzində ən yüksək film hesab edildi. Miyazakinin digər filmləri də — "Haulun yeriyən qəsri" (ing. Howl's Mowing Castle), "Ponyo" (ing. Ponyo) və "Rüzgarlar yüksəlir" (ing. The Wind Rises) kommersiv və tənqidi müvəffəqiyyətlər qazandı. "Rüzgarlar yüksəlir" filminin nümayiş etdirilməsindən sonra Miyazaki bədii filmlərdə öz istefasını bildirdi, buna baxmayaraq, o, bu işə dönərək 2016-cı ildə yeni bədii film üzərində işləməyə başladı.

Miyazakinin yaradıcılığında bəşəriyyətin təbiət və texnologiya ilə əlaqəsi, təbii və ənənəvi naxışların vəhdəti, incəsənətin və sənətkarlığın əhəmiyyəti, zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində baş qəhrəmanlar çox vaxt güclü qızlar və ya gənc qadınlar olur və bir neçə filmlərində isə antoqonistlər şübhəli xarakterlərlə təmsil olunur. Miyazakinin əsərləri yüksək səviyyədə qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. 2012-ci ilin noyabrında o, mədəni töhfələrinə görə Mədəniyyət adamı fəxri adına uyğun görülmüş, 2014-cü ilin noyabrında isə animasiya və film sahəsində təsirinə görə Fəxri Akademiya Mükafatına layiq görülmüşdür. 2002-ci ildə Amerikalı kino tənqidçisi Rocer Ebert, Hayaonun filmlərinin dərinliyini və sənətkarlığını yüksək qiymətləndirərək, Miyazakinin tarixdə ən yaxşı animasiya film istehsalçısı ola biləcəyini bildirmişdi.[5]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Hayao Miyazaki 5 yanvar 1941-ci ildə Tokionun Bunkyo şəhərinin Akebono-ço kəndində, dörd övladın ikincisi olaraq dünyaya gəldi.[6][b] Onun atası Katsuyi Miyazaki (d. 1915 – ö. 18 mart 1993),[6] İkinci Dünya Müharibəsi ərzində döyüş təyyarələrinə sükan çarxı istehsal edən "Miyazaki təyyarəsi" şirkətinin rəhbəri idi.[7] Bu iş Miyazakinin erkən yaşlarında ailəsinin zəngin olmasına imkan yaratmışdır.[8] Müharibə əsnasında Miyazakinin üç yaşı olarkən, ailəsi Utsunomiyaya evakuasiya edildi.[c] 1945-ci ilin iyulunda Ustonomiyanın bombalanmasından sonra, Miyazakinin ailəsi Kanumaya evakuasiya olundu.[6][8] Ustonomiyanın bombalanması dörd yaşlı Miyazakinin yaddaşında, silinməz təəssüratlar yaratmışdı.[8] 1947–1955-ci illərdə Miyazakanin anası onurğa vərəmi xəstəliyindən əziyyət çəkirdi. O, ilk bir neçə ilini xəstəxanada keçirtdi.[7] Miyazakinin anası ciddi və ziyalı bir qadın idi.[d] O, 1983-cü ilin iyulunda 71 yaşında vəfat etdi.[6]

Miyazaki 1947-ci ildə Utsunomiyada ibtidai məktəbə başladı, birinci sinifdən üçüncü sinifə qədər burada oxudu. Sonralar onun ailəsi Suqinamiyə geri döndükdən sonra, Ōmiya İbtidai Məktəbində dördüncü sinifi və Eifuku İbtidai Məktəbində beşinci sinifi bitirdi. Eifuku məktəbində məzun olduqdan sonra, o, Ōmiya Orta Məktəbində təhsilini davam etdirdi.[6] Miyazaki erkən yaşlarında manqa sənətkarı olmaq istədi,[9] lakin o, insan şəkli çəkə bilmirdi. Bir neçə ildən sonra o yalnız təyyarələr, tanklar və döyüş gəmiləri çəkə bilirdi. Miyazaki bu mövzuda manqa sənətkarları Tetsuyi Fukuşima, Soyi Yamakaua və Osamu Tezukadan təsirlənmişdi.[9] Miyazaki ilk işlərinin çoxunu məhv etmişdi. Buna səbəb olaraq o düşünürdü ki, bu, Tezukanın stilinin kopiyalanmasının "pis versiyası" idi və bu da onun bir sənətkar kimi özünü inkişaf etdirməsinə maneə olurdu.[10][11][12] Ōmiya Orta Məktəbini bitirdikdən sonra, Miyazaki Toyotama Orta Məktəbinə qatıldı.[6][13] Üç il ərzində, Miyazakidə animasiyaya qarşı marağı 1958-ci ildə istehsal edilmiş "Panda və sehrli ilan" (ing. Panda and the Magic Serpent) filmi doğurdu. O, filmin baş qəhrəmanına "aşiq oldu" və bu film onda güclü bir təəssürat yaratdı.[e] Toyotoma məktəbini bitirən Miyazaki, Qakuşin Universitetinə qəbul oldu və orada o dövrlərdə komiks klublarına ən yaxın mahiyyətə malik "Uşaq Ədəbiyyatı Araşdırması" klubunun üzvü idi. Asudə vaxtlarında Miyazaki, orta məktəbdən olan incəsənət müəllimini ziyarət edər və onun emalatxanasında eskiz çəkər, burada 2 şəxs içki içər, "siyasətdən, həyatdan və digər mövzulardan danışardılar."[15] Miyazaki 1963-cü ildə Qakuşin Universitetinin siyasi elmiqtisadi nəzəriyyə fakültələrini bitirdi.[6]

Erkən karyerası

[redaktə | mənbəni redaktə et]
Miyazaki 1964-cü ildə ilk dəfə İsao Takahata ilə çalışmışdır. Bununla onlar arasında uzunömürlü əməkdaşlıq və dostluq yaranmışdır.[16][17][18]

Miyazakinin işləri envayromentalizm, pasifizm, feminizm, sevgiailə kimi mövzuların təkrarlanması ilə xarakterizə olunur.[19] Onun hekayələrində qəhrəmanın xoşagəlməz antaqonistə qarşı döyüşməsinin olmaması nəzərə çarpır.[20][21][22][f]

Miyazakinin filmlərində çox zaman çevrəçilik və Yer kürəsinin zərifliyi şişirdilir. Marqaret Talbot qeyd etmişdir ki, Miyazaki müasir texnologiyaya nifrət edir və inanır ki, müasir mədəniyyət çox "nazik, dayaz və saxtadır", həmçinin o, "yüksək mərtəbəli binaların" olmayacağı zamanı səbirsizliklə gözləyir.[24][g] Miyazaki 1955–65-ci illərdə Şova dövründə böyüdüyü üçün məyus olmuş, bunun isə əsas səbəbi təbiətin — dağların, çayların iqtisadi inkişaf adına məhv edilməsi olmuşdur.[25]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Miyazaki 1965-ci ilin oktyabrında gənc animasiyaçı Akemi Ota ilə ailə həyatı qurmuşdur. Cütlüyün iki oğlu var: yanvar 1967 təvəllüdlü Qoro və aprel 1969 təvəllüdlü Keisuke.[26] Miyazakinin öz sənətinə bağlılığı səbəbindən tez-tez yoxa çıxması Qoro ilə münasibətlərinə pis təsir göstərmişdir. Qoro atası ilə nadir hallarda ünsiyyət qurduğuna görə atasının işlərini izləyərək onu anlamağa çalışırdı. 2006-cı ildə "Dünya dənizindən nağıllar" (ing. Tales from Earthsea) filminin istehsalı zamanı Qoro atasına bir ata kimi sıfır, lakin bir rejissor kimi isə tam qiymət verdiyini söyləmişdir.[27][h]

Mükafatlar və namizədliklər

[redaktə | mənbəni redaktə et]

Miyazaki 1979-cu ilin istehsalı "Kaqliostro qalası" (ing. The Castle of Cagliostro),[28] 1984-cü ilin istehsalı "Küləklər vadisindən Navsikaya" (ing. Nausicaä of the Valley of the Wind), 1986-cı ilin istehsalı ildə "Səma qəsri Laputa" (ing. Castle in the Sky),[29] 1988-ci ilin istehsalı "Mənim qonşum Totoro"[28] (ing. My Neighbor Totoro) filmlərinə görə Mayniti film mükafatlarından Ōfuji Noburō mükafatını, 1989-cu ilin istehsalı "Kikinin çatdırma xidməti" (ing. Kiki's Delivery Service),[30] 1992-ci ilin istehsalı "Porko Rosso" (ing. Porco Rosso),[28] 1997-ci ilin istehsalı "Şahzadə Mononoke" (ing. Princess Mononoke),[30] 2001-ci ilin istehsalı "Balina ovu" (ing. Whale Hunt)[28] və "Ruhlarla sovrulanlar" (ing. Spirited Away)[31] filmlərinə görə isə Mayniti film mükafatlarından Ən yaxşı animasiya filmi mükafatını qazanmışdır. "Ruhlarla sovrulanlar" filmi həmçinin Ən yaxşı animasiya filmi nominasiyasında Oskar mükafatını, 2004-cü ilin istehsalı "Haulun yeriyən qəsri" (ing. Howl's Moving Castle)

  1. Şahzadə Mononoke (ing. Princess Mononoke) filmi buraxıldıqdan bir neçə ay sonra dövrün ən yüksək gəlirli filmi Titanik filmini kölgədə qoymuşdu.[4]
  2. Miyazakinin qardaşları: Arata (d. iyul, 1939), Yutaka (d. yanvar, 1944) və Şirou.[6]
  3. McCarthy, (1999) Miyazakinin evakuasiya olunarkən üç yaşında olduğunu və 1947-ci ildə məktəbə evakuasiya olunarkən başladığını bildirir.[7] Nausicaa.net, (1994) bu evakuasiyanın 1944-1946-cı illərdə olduğunu istinad edir.[6]
  4. Miyazakinin qardaşı Şiruo "Səma qəsri: Laputa" (ing. Laputa: Castle in the Sky) filmində Kapitan Dola personajının onun anasını "öz görünüşü ilə deyil, öz təfəkkürü ilə" xatırlatdığını bildirir.[6]
  5. McCarthy, (1999) deyilir: o, dəbdə olanların eynisini edərək bir manqa yazıçısı kimi irəliləməyin axmaqlıq olduğunu anladı və axmaqca görünsə belə işlərində öz içindən gələn hisslərin ardınca getməyi qərara aldı.[14]
  6. Regarding Spirited Away, Miyazaki, (2002) states: "the heroine [is] thrown into a place where the good and bad dwell together. […] She manages not because she has destroyed the 'evil', but because she has acquired the ability to survive."[23]
  7. In Cappello, (2005), Talbot states: "[Miyazaki's] said, not entirely jokingly, that he looks forward to the time when Tokyo is submerged by the ocean and the NTV tower becomes an island, when the human population plummets and there are no more high-rises."[24]
  8. Orijinal mətn: "私にとって、宮崎駿は、父としては0点でも、アニメーション映画監督としては満点なのです。"
  1. 1 2 Hayao Miyazaki (nid.).
  2. 1 2 Miyazaki, Hayao // Who's Who in Animated Cartoon (ing.): An International Guide to Film and Television's Award-Winning and Legendary Animators. NY: Hal Leonard LLC, 2006. ISBN 978-1-55783-671-7
  3. 1 2 http://www.experienceproject.com/stories/Miyazaki/3511978.
  4. Ebert, 1999
  5. Ebert, 2002
  6. 1 2 3 4 5 6 7 8 9 10 Nausicaa.net, 1994
  7. 1 2 3 McCarthy, 1999. səh. 26
  8. 1 2 3 Miyazaki, 1988
  9. 1 2 McCarthy, 1999. səh. 27
  10. Miyazaki, 1996. səh. 193
  11. McCarthy, 1999. səh. 28
  12. Comic Box, 1982. səh. 80
  13. Miyazaki, 1996. səh. 436
  14. McCarthy, 1999. səh. 29
  15. Miyazaki, 1996. səh. 200
  16. McCarthy, 1999. səh. 30
  17. Batkin, 2017. səh. 141
  18. Mahmood, 2018
  19. Schellhase, 2014
  20. Loy, Goodhew, 2004. səh. 68
  21. Reinders, 2016. səh. 181
  22. Romano, 2013
  23. Miyazaki, 2002. səh. 15
  24. 1 2 Cappello, 2005
  25. Schilling, 2008
  26. Miyazaki, 1996. səh. 438
  27. G. Miyazaki, 2006
  28. 1 2 3 4 Animations, 2008
  29. Cavallaro, 2006. səh. 183
  30. 1 2 Cavallaro, 2006. səh. 184
  31. Mainichi Shimbun