Propion turşusu

Propion turşusu (propan turşusu, metilsirkə turşusu, konservant E280) CH3CH2COOH — rəngsiz, rezin iyli maddə. Propion turşusu(yunanca «protos» — birinci, «pion» — yağ;) yağ turşusu olduğu üçün belə adlanır. Propion turşusunun duzları propionat adlanır.

Propion turşusu
Molekulyar modelin şəkli
Ümumi
Ənənəvi adı Propion turşusu
Kimyəvi formulu C₃H₆O₂[1]
Molyar kütlə 74,08 q/mol
Fiziki xassələri
Sıxlıq 0,99 ± 0 q/sm³[2]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 5 ± 1 ℉[2], −21 °C[3], −20,7 °C[4]
Qaynama nöqtəsi 141 °S
Buxarın təzyiqi 3 ± 1 mm Hg[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 79-09-4
PubChem
SMILES CCC(=O)O
RTECS UE5950000
ChEBI 30768
ChemSpider

Fiziki-kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Öz-özünə alovlanma temperaturu - 440 °C.

Su və üzvi həlledicilərlə həll olur..

Kimyəvi xassələrənə görə - karboksilik turşuların tipik bir nümayəndəsidir.

Propion turşusu ilk dəfə 1844 - cü ildə Johan Gottlieb[en] tərəfindən təsvir edilmişdir, onu şəkərin parçalanma məhsullarıından aldı . Sonrakı bir neçə il ərzində digər kimyaçılar eyni maddəni aldıqlarını fərq etmədən müxtəlif yollarla propion turşusu aldılar. 1847-ci ildə bir fransız bir kimyaçı Jean-Baptiste Dumas (Jean-Baptiste Dumas) ortaya çıxan turşuların propion turşusu ilə eyni maddə olduğunu bildirdi..

Təbiətdə propion turşusu neftin tərkibində, karbohidrat ların mayalanması zamanı əmələ gəlir. Sənayedə etilennin karbonlaşmasıReppe reaksiya tərəfindən alınırş Əvvəllər Sirkə turşusu istehsalında çox miqdarda propion turşusu əlavə məhsul olaraq alınmışdı, lakin sirkə turşusu istehsalının müasir üsulları bu üsulu ikinci dərəcəli hala gətirdi.

Propion turşusu bioloji olaraq karbon atomu olan yağ turşularının metabolik parçalanması və müəyyən amin turşularının parçalanması ilə əldə edilir.

' 'Propionatlar' - propion turşusunun duzlarıdır . Propion turşusunun qələvi və qələvi torpaq duzları suda yaxşıhəll olunur və üzvi həlledicilər içərisində həll olunmur. Propion turşusunun esterləri suda zəif həll olunur, üzvi həlledicilərlədə isə yox.

Propion turşusu və onun törəmələri propanolun, dərmanların, aromatik maddələrin, plastiklərin alınmasında istifadə edilir.

Propion turşusu bəzi bakteriyaların böyüməsinə maneə törədir. Buna görə istehsal olunan propion turşusunun çox hissəsi insanın istehlak etdiyi qidalarda və heyvanlar üçün qidalarda istifadə olunur. Propion turşusu və ya onun ammonium duzu (ammonium propionat) birbaşa heyvan məhsullarında istifadə olunur. İnsanların istehlak etdiyi qidalarda, xüsusən də çörək və digər çörək məhsullarında propion turşusunun natrium ([[[natrium propionat]])) və ya kalsium (kalsium propionat) duzu kimi istifadə olunur.

Təhlükəsizliyi

[redaktə | mənbəni redaktə et]

Propion turşusunun əsas təhlükəsi konsentrat turşu ilə təmasda baş verə biləcək kimyəvi yanmalardır. Laboratoriyada heyvanlarda aparılan tədqiqatlarda, az miqdarda propion turşusunun uzun müddətli istifadəsi ilə əlaqəli yeganə mənfi təsir maddənin mədədə aşındırıcı xüsusiyyətlər əmələ gətirməsidir. Tədqiqatlarda propion turşusunun zəhərli, mutagen, kanserogen və reproduktiv orqanlara mənfi təsir göstərdiyi aşkarlanmadı. Bədəndə propion turşusu sürətlə oksidləşir, metabolizə olunur və bədəndən atılır.

  • Зефиров Н. С., Кулов Н. Н. и др. Химическая энциклопедия. — М.: Большая российская энциклопедия, 1995. — Т. 4. — С. 107—108. — ISBN 5-85270-092-4.
  1. propionic acid (ing.).
  2. 1 2 3 http://www.cdc.gov/niosh/npg/npgd0529.html.
  3. Bradley J., Williams A. J., Andrew S.I.D. Lang Jean-Claude Bradley Open Melting Point Dataset. // Figshare 2014. doi:10.6084/M9.FIGSHARE.1031637.V2
  4. David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5