Prunus acacia-germanica

Göyəm[2][3] (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü.

Göyəm
Elmi təsnifat
Beynəlxalq elmi adı

Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır.[4][5]

Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin]

Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir. Yarpaqlarında 222 mq% C vitamini vardır. Çay əvəzedicisi kimi işlədilir. Həm də bundan sidikqovucu və maddələr mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Təzə göyəm şirəsi ishala qarşı, qatılaşdırılmış isə qanlı ishala qarşı təsiredici vasitədir. Göyəm çiçəklərindən alınan sulu məhlul isə işlətmə dərmanı kimi tətbiq olunur.[mənbə göstərin]

Göyəm həm də balverən və bəzək bitkisidir. Mədəni gavalı göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir.[mənbə göstərin]

Uzun, iti tikanları olan kol BritaniyaŞimali Avropanın digər yerlərində ənənəvi olaraq mal-qaranın müəyyən əraziyə keçməsinə maneə olmaq üçün "çəpər məqsədi ilə" istifadə olunur.[6]

Göyəm şirəsi saxta portveynin istehsalında istifadə olunur.

Göyəmdən meyvə konservləri və çatni[7] hazırlanır və bəzən meyvə piroqlarında istifadə edilir. Tərkibi mühüm üzvü maddələrdən biri olan amiqdalinlə zəngin olan göyəmdən Avropada cin və likör kimi içkilərin hazırlanmasında,[8][9] Azərbaycanda isə turşu, mürəbbəkompot hazırlanmasında geniş istifadə olunur.

  • Druparia spinosa Clairv.
  • Prunus acacia Crantz ex Poir.
  • Prunus acacia Crantz
  • Prunus acacia-germanica Crantz
    • Prunus domestica var. spinosa (L.) Kuntze [10]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 475.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Rushforth, 1999
  5. "Prunus spinosa map". Den Virtuella Floran. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
  6. Coats, 1992
  7. Kerri. "Sloe gin and sloe chutney". Dinner Diary. 10 Oct 2010. 24 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2017.
  8. "Терновник (торон, слива колючая, тёрн, дерябник)". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
  9. Митюков А. Д., Налетько Н. Л., Шамрук С. Г. Дикорастущие плоды, ягоды и их применение. Мн.1975
  10. Göyəm (bitki):''The Plant List saytında takson barədə məlumat. (ing.)