Pyetro Cermi

Pyetro Cermi (14 sentyabr 1914, Genuya[2]5 dekabr 1974[1], Roma) — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri.[3]

Pyetro Cermi
it. Pietro Germi
Doğum tarixi 14 sentyabr 1914(1914-09-14)
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1974(1974-12-05)[1] (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Hepatit
Uşağı 4
Təhsili
  • Eksperimental Kinematoqrafiya Mərkəzi[d]
Fəaliyyəti kinorejissor, aktyor, film prodüseri, ssenarist, rejissor
Fəaliyyət illəri 1939–1972
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var. "Fransaya qaçış", "Yovanka və başqaları", "Dodaq boyası", "La Viaçça" filmlərində çəkilmişdir. 1974-cü ildə "Mənim dostlarım" komediyası üzərində isə başlamış, lakin çəkiliş vaxtı vəfat etmişdir. Filmi M. Moniçelli tamamlamışdır.[3]

  • The Fornaretto of Venice (1939)
  • The Ten Commandments (1945)
  • Şahid filmi (1946)
  • Yolunu azmış gənclik (1947)
  • Qanun naminə (1949),
  • Fransaya qaçış (1948)
  • Ümid yolu (1950
  • Qanuna qarşı (1950)
  • Şəhər müdafiə olunur (1951)
  • Prezident arvadı (1952)
  • Qısqanclıq (1953)
  • Xanımlar və cənablar (1965)
  • Dəmiryolçu (1955)
  • Dodaq boyası
  • Qətlin təfərrüatları (1959)
  • İtalyansayağı boşanma (film, 1961) (1961)
  • Yoldan çıxarılmış və atılmış qız (film, 1964) (ing. Seduced and Abandoned )
  • Quşlar, arılar və italyanlar (1965)
  • Əxlaqsız (1967)
  • Serafino (1968)
  • Bir ovuc yerfındığı (1970)
  • Alfredo, Alfredo (1972)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Джерми Пьетро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Cermi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 225

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]