Pyotr Pavloviç Jarikov (rus. Пётр Павлович Жариков; 26 iyun (8 iyul) 1888, Moskva – 9 yanvar 1969, Bakı) — Azərbaycan-sovet teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1941), Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı.
Pyotr Jarikov | |
---|---|
rus. Пётр Павлович Жариков | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Moskva quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | rus |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru və rejissoru |
Fəaliyyət illəri | 1911–1963 |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı (1928–1963) |
Mükafatları |
|
Pyotr Jarikov 26 iyun (8 iyul) 1888-ci ildə Moskvada anadan olmuşdur. 1912-ci ildə Moskva Bədaye Teatrının studiyasını bitirmişdir.[1] O, bu teatrda işləməyə isə hələ 1911-ci ildən başlamışdır. 1918-ci ildən Moskva Kamera Teatrında çalışmış, 1920–1927-ci illərdə Saratov, Kazan, Penza, İrkutsk, Samara, Krasnodar və digər şəhərlərin teatrlarında fəaliyyət göstərmişdir.[2] 1928–1963-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışmışdır.[3]
Pyotr Jarikov 1921-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bundan əlavə, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı seçilmişdir.[2]
Pyotr Jarikov 9 yanvar 1969-cu ildə Bakıda vəfat etmişdir.[1][4]