Pyotr Vorobyov

Pyotr Fyodoroviç Vorobyov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR dövlət nəzarəti naziri (1953–1956), SSRİ Ali Sovetinin II çağırış deputatı.

Pyotr Vorobyov
18 aprel 1953 – 25 oktyabr 1956
ƏvvəlkiSoltan Mirzəyev
Sonrakıİvan Zimenkov
Şəxsi məlumatlar
Doğum tarixi 1911
Doğum yeri
Vəfat tarixi bilinmir
Partiya

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı

Pyotr Fyodoroviç Vorobyov 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1919–1929-cu illərdə orta təhsil almış, 1929-cu ildən istehsalatda çalışmışdır. O, "Paris kommunası" zavodunda əvvəlcə çilingərlik etmiş, sonra isə gəmi sexində usta işləmişdir. Daha sonra isə həmkarlar ittifaqı işinə keçirilmişdir.[1]

1933–1936-cı illərdə Pyotr Vorobyov Fəhlə-Kəndli Qırmızı Ordusunun tank hissəsində hərbi xidmət keçmiş, əvvəlcə komsomol bürosunun məsul katibi, sonra isə hissənin siyasi rəhbəri vəzifəsində çalışmışdır. Hərbi qulluğu başa vurduqdan sonra Bakıya qayıdaraq Montin mexaniki zavodunun partiya komitəsinin katibi olmuş, ardınca isə neft rayonlarına ezam edilərək Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının ArtyomStalin rayon komitələrinin katibi vəzifələrində çalışmışdır.[1]

1939-cu ilin avqust ayında Pyotr Vorobyov Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin təbliğat-təşviqat üzrə katibi vəzifəsinə irəli çəkilmiş, tezliklə isə həmin komitənin neft işləri üzrə katibi vəzifəsinə keçirilmişdir. 1940-cı ilin yanvarında "Azərneft" kombinatı rəisinin kadrlar üzrə müavini vəzifəsinə göndərilmiş, 1941-ci ilin mart ayında yenidən Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinə işə keçərək burada inşaat və tikinti ləvazimatları işləri üzrə katib, ardınca komitənin üçüncü və ikinci katibi vəzifələrində işləmişdir.[1]

Pyotr Vorobyov 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, eləcə də "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir.[1]

  1. 1 2 3 4 Пйотр Воробйов // Коммунист. № 14 (7196). 19 январ 1946-ҹы ил. С. 3.