Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədrləri — 1940-cı ildən 1991-ci ilədək Azərbaycanda dövlət nəzarəti qurumlarına rəhbərlik edən şəxslər. Bu siyahıda Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri | |
---|---|
| |
Vəzifənin təsis tarixi | 24 sentyabr 1940 |
Vəzifənin bərpa tarixi | 22 may 1991 |
Vəzifədə birinci | Zeynəb Əlizadə |
Vəzifədə sonuncu | Aydın Məmmədov |
Vəzifənin ləğv tarixi | 22 may 1991 |
Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığı 24 sentyabr 1940-cı ildə təsis edilmişdir.
Rəhbər | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|
Zeynəb İbrahim qızı Əlizadə (?—?) |
27 oktyabr 1940 | 28 mart 1946 |
28 mart 1946-cı ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Azərbaycan SSR Nazirlər Soveti adlandırılması ilə əlaqədar olaraq Azərbaycan SSR Dövlət Nəzarəti Komissarlığı Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyi adlandırılmışdır.
Rəhbər | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|
Zeynəb İbrahim qızı Əlizadə (?—?) |
28 mart 1946 | 3 iyun 1948 |
Sultan Abbas oğlu Mirzəyev (1912—1993) |
17 iyun 1948 | 20 iyul 1950 |
Pyotr Fyodoroviç Vorobyov (?—?) |
18 aprel 1953[1] | 25 oktyabr 1956[2] |
İvan Fyodoroviç Zimenkov[ru] (1899—1958) |
25 oktyabr 1956[3] | 1958 |
Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyi 1958-ci ildə ləğv edilmişdir.
Rəhbər | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|
Hacıbaba Şərif oğlu Əfəndiyev (1914—1988) |
21 yanvar 1958[4] | 30 sentyabr 1961 |
Rəhbər | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|
Hacıbaba Şərif oğlu Əfəndiyev (1914—1988) |
30 sentyabr 1961 | 21 dekabr 1962 |
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Nəzarəti Komissiyası 21 dekabr 1962-ci ildə ləğv edilmişdir.[5]
Rəhbər | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|
Əli Həbib oğlu Kərimov (1919—2000) |
27 dekabr 1962 | 22 dekabr 1965 |
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyası 22 dekabr 1965-ci ildə ləğv edilmişdir.
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi 22 dekabr 1965-ci ildə təsis edilmişdir.
Rəhbər | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|
Əli Həbib oğlu Kərimov (1919—2000) |
22 dekabr 1965 | 7 may 1970[6] |
Hacıbaba Şərif oğlu Əfəndiyev (1914—1988) |
27 noyabr 1970 | 3 dekabr 1985[7] |
Şənlik Müslüm oğlu Əliyev (1935—?) |
3 dekabr 1985[8] | 12 dekabr 1988[9] |
Aydın Yusif oğlu Məmmədov (1932—2022) |
12 dekabr 1988[10] | 22 may 1991 |