Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu,[1][2] Koreya armudu,[3][4][5] Tayvan armudu, alma armudu[6] və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Gecyetişən armud | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Gecyetişən armud |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir.
Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir. Aprel ayında çiçəkləyir, avqust-sentyabr aylarında meyvələri yetişir.
Soyuğa, istiyə rütubətə davamlı növdür. Çöl-çəmən torpaqlarda yaxşı bitir.
Böyük Qafqazda, Lənkəran düzənliyində, Abşeronda bağ və parklarda rast gəlinir.
Asiya armudu ət marinadlarında işlənilir, özəlliklə mal əti üçün marinadlarda, çünki onun tərkibində ətdəki zülalları yumuşaldan fermentlər var. Məsələn, Koreya mətbəxində o, bulqogi marinadında işlənilir.[7][8] Kimçi reseptlərində də Asiya armudunun püresi istifadə olunur.[9] Onun püresi həmçinin şəkərin əvəzinə sirkə və ya soya sousu əsasında hazırlanan souslara əlavə olunur.[10]