PzH 2000 (Panzerhaubitze 2000) Almaniya istehsalı olan 155 mm-lik Krauss Maffei Wegmann və Rheinmetall tərəfindən Bundesver üçün hazırlanan 155 mm-lik haubitsadır. Ən güclü özü hərəkət edən toplardan biridir və L52 155 mm-lik haubitsa topu əsas silahıdır. Bu texnika tam avtomatik doldurma mexanizmi ilə təchiz edilmişdir. Dəqiqədə atışların sayı 8-dir. Əsas silahının maksimal məsafəsi 40 km-dir. Raketlə dəstəklənən mərmilərdə bu məsafə 50 km təşkil edir. Asqı sistemi burulma çubuğu, maksimum sürəti 60 km/s təşkil edir.
PzH 2000 | |
---|---|
Tipi | özüyeriyən haubitsa |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1996 - aktiv şəkildə fəaliyyət göstərir |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Krauss Maffei Wegmann və Rheinmetall |
İstehsalçı | Krauss Maffei Wegmann və Rheinmetall |
İstehsal illəri | 1996-? |
İstehsal sayı | 361 |
Xüsusiyyətləri | |
Ağırlığı | 55.3 ton |
Mühərrik | MTU 881 Ka-500 |
Mühərrik gücü | 986 AG (735.26 kW) |
Əsas silah | 155 mm L52 topu |
Köməkçi silah | 1x 7.62 mm-lik MG-3 |
Uzunluğu | 11.7 m |
Eni | 3.6 m |
Hündürlüyü | 3.1 m |
Ekipaj | 5 (sürücü, silah operatoru, 2x yükləyici, tank komandiri) |
Vikianbarda əlaqəli mediafayllar |
1986-cı ildə, İtaliya, İngiltərə və Almaniya yanlış dizayn edilmiş və etibarlı olmayan PZh -155-1 layihəsinə son verməyə razı oldular.
PzH 200, Avstraliyanın artilleriya əvəzedicilərinin yoxlanışına namizədlərdən biridir. Ancaq hələ ordu xidmətinə qəbul edilməyib.