Qızıl yun — qədim yunan mifologiyasında buludlar ilahəsi Nefela və ya Heranın əmri ilə Hermes və ya Zevsin özü tərəfindən göndərilən qoçun qızıl dərisi. Orxomen padşahı Afamantın övladları Friks və Hella ögey anaları İnonun təqiblərindən qaçaraq Asiya sahillərinə getdilər. Yolda Hella dənizə düşmüş, o zamanlar Hellespont adlandırılan dəniz "Gella dənizi" (indiki Dardanel boğazı) adlandırılmışdır
Friks Kolxida sahillərinə çatmışdır. Burada o, Zevsə bir qoç qurban vermiş və çıxarılan qızıl yununu Kolxida kralına təqdim etmişdir. Yasonun rəhbərliyi altında arqonavtlar tərəfindən oğurlanaraq Yunanıstana aparılmışdır. Ares bağında bir əjdaha tərəfindən qorunurdu.[1]