Qızılqaya (dağ, Laçın)

QızılqayaLaçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin cənub yamacında, ŞəlvəçayQozluçay çaylarının suayrıcında yerləşir. Hündürlüyü 2440 m. Dağın süxurları qızılı (qırmızı) rəngə çalan qaya parçalarından ibarət olduğuna görə belə adlandırılmışdır. Eyniadlı dağ Ermənistanın İcevan və Gürcüstanın Marneuli rayonlarında da mövcuddur.[1]

Qızılqaya
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2440 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qızılqaya (dağ, Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]