Qızılquyruq sar

Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.

Qızılquyruq sar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Qızılquyruq sar
Beynəlxalq elmi adı

Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür.

Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir.

Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər. Arktikanın sıx meşələri xaricində, Şimali Amerikanın hər yerində mövcuddurlar. Kanada, MeksikaABŞ-da qanuni olaraq qoruma altına alınmışdır.

Qızıl quyruqlu şahin Amerika mədəniyyətində vacib bir yerə sahibdir. Tükləri bəzi qəbilələr tərəfindən müqəddəs sayılır və dini mərasimlərdə istifadə edilir.

Fiziki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Erkək quşlar 45-65 sm boyunda və 690-1300 qram ağırlığında ola bilərkən, dişilər 48–65 sm boyunda, 900-2000 qram ağırlığında olurlar.Bir çox yırıtcı quş növlərində olduğu kimi erkək və dişiləri arasında fərqliliklər vardır, erkəklər dişilərdən 25% daha böyükdür.

Qızıl quyruqlu şahinlərin tükləri növlərinə və olduqları bölgələrə görə fərqlilik göstərirlər. Bu fərqlilik tük tökmə ilə əlaqəli deyildir, polimorfizmə bağlıdır. Şimali Amerikanın qərbində olan B.J. calurus növü ən çox dəyişkənlik göstərən növüdür. Üç fərqli rəng tipi vardır; açıq, tünd və pas rəngi. Tünd və pas rəngində olan növləri populyasiyanın 15-20% ni təşkil edir.

Rəng tonları, izləri fərqli olsa da, ümumilikdə eynidir. Qarınaltı tükləri kürək tüklərindən daha açıq rəngdədir. Qarın hissəsində olan qəhvərəngində bant bütün rəng tiplərində mövcuddur. Dimdikləri, yırtıcı quşlarda olduğu kimi çəngəl şəklindədir və tünd rənglidir. Dimdiyin dibi və ayaqlari sarı rənglidir. Yetişkin olmayan quşlar, yaxın məsafədən sarı rəngli irisləriylə seçilir. Quşlar 3-4 ile yetişkin olmağa başlayarkən, iris tündləşər və qızılı qəhvərəngi bir tona çevrilər.

Qızıl quyruqlu şahin sağlam görünüşlü, geniş qanadlı və orta boylarda, gündüz yırtıcı quşlardan ibarət olan Buteo cinsinin bir növüdür. Bu cinsə aid olan quşlar şahin olaraq bilinir. Görünüşləri və yaşadıqları yerlər ilə bir birindən ayrılan 14 alt qrupu vardır.

  • B.j. jamaicensis, Camaika, Porto Riko başda olmaqla Kariplərdə vardır, amma Baham adalarında və Kubada görülməz. Dünyada ən çox qızıl quyruqlu şahin populyasiyası Porto Rikonun El Yunque meşəsində rast gəlinir.
  • B.j. alascensis, Cənub-şərq Alyaska sahillərində, Britaniya Kolumbiyasında Queen Charlotte Adaları və Vancouver adasında olan bölgələrdə çoxalar.
  • B.j. borealis , Cənub-şərqi Kanada və Meyndən cənubda Teksasın şərqi və Floridanın şərqi ilə şimalına qədər olan bölgədə çoxalar. Ontarionun cənubunda, Meynin şərqində və cənubuna, cənubda da Floridaya qədər olan bölgədə qışlayar.
  • B.j. calurus, Orta Alyaskanın içlərindən qərbi Kanadaya qədər olan bölgələrdə çoxalar. Şimali Meksikada olan növlərində qanadlarında tünd rənglər olmaya bilər.
  • B.j. costaricensis, Nikaragua ilə Panama arasında yerləşir. Bu növün tükləri tünd qəhvərəngində, qanad içləri və yanları darçın rəngindədir. Qarın tükləri pas rəngində olur. Sinələri, Orta Amerikaya qışlamaq üçün Şimali Amerikadan gələn B.j. calurustandan daha az cızıqlıdır.
  • B.j. fuertesi, Chihuahua'nın şimalından Texasın cənubuna qədər olan bölgədə çoxalarlar. Arizona, Yeni Meksikanın cənubunda qışlayarlar. Qarınları cızıqsız, ya da çox az cızıqlıdır. Quyruqları dahsolğun rəngdə olur.
  • B.j. fumosus, Islas Marías, Meksika.
  • B.j. hadropus, Meksika yaylaları.
  • B.j. harlani, Harlan şahini, bütün digər şahinlərdən tamamilə fərqlənir. Hər iki rəng tipində də quyruq xaric , digər bölgələrdə isti tonlar yoxdur. Tüklər ya ağa, yada qaraya çalar. AlyaskanınKanadanın şimal qərbində çoxalarlar. Nebraska və Kanzasdan, Texasdan və Luiziananın şimalına qədər olan bölgələrdə qışalayar. Bu populyasiya ayrı bir növ olaraqda dəyərləndirilə bilər.
  • B.j. kemsiesi, Çiapas'tan Nikaragua'ya qədər olan bölgədə olan tünd rəngli alt növündəndir. Daha açıq rəngli quşlarda tünd rəngli qanad işarələri bəlli olmaya bilər.
  • B.j. kriderii, digər qızıl quyruqlu şahinlərdən fərqi başlarının daha solğun rəngdə olmasıdır. Alberta'nın cənubu, Saskatchewan'ın cənubu, Manitoba'nın cənubu, Ontario'nun qərbi, Montana'nın cənubu və ortası, Wyoming, Nebraska'nın qərbi və Minnesota'nın qərbində çoxalar. Cənubi Dakota və Minnesotanın cənubundan Arizona, New Mexico, Texas və Louisiana'ya qədər olan bölgədə qışlayar.
  • B.j. socorroensis, Socorro Adası, Meksika
  • B.j. solitudinus, Baham adaları və Kuba.
  • B.j. umbrinus, Florida yarımadasından şimalda Kissimmee Prairie'yə olan bölgədə il boyunca tapılar.Görünuü olaraq calurusa bənzəyir.

Yayılması və yaşam məkanları

[redaktə | mənbəni redaktə et]

Qızıl quyruqlu şahin Amerika qitəsində ən çox yayılmış şahin növlərindən biridir. Şimalda Alyaskanın ortası, Flordia, Karibdə çoxalarlar. Seçdiyi yaşam məkanları yüksək qayalıqlar, ya da yüksək qayalıqlar olan yerlərdir. Arktikanın üst bölgələri və sıx meşələrin xaricində şimali Amerikanın hər yerində mövcuddurlar. Ağac olmayan ara hissələrdə uzun telefon , elektrik dirəkləri olan yolların hazırlanması ovlanmaq üçün məkanlar hazırlamışdır. Qızıl quyruqlu şahinlər şəhərlərdədə yaşamaqdadır.

Qızıl quyruqlu şahin mümkün olduğu qədər enerjisini qorumaq üçün v şəklində açdığı qanadları ilə havada süzülür. Küləyə qarşı qanad çırparaq müəyyən bir nöqtədə dura bilər. Süzülərkən və yaxud qanad çırparkən 32–64 km/s sürətlə uçar.

Qızıl quyruqlu şahin fürsətçidir. Əsas qidası kiçik məməlilərdir, lakin quşları və sürünənləridə yeyə bilər. Ovları mövsümə və bölgəyə görə dəyişər. Ən çox ovladıqları heyvanlar arasında siçan, tarla siçanı , sincab yer alır. Bunların xaricində az da olsa, yarasalar, ilanlar, balıqlarböcəklər də ovladıqları heyvanlar arasındadır. Əsarət altında olan qızıl quşlar gün ərzində 135 qram qida qəbul edər. Qızıl quyruqlu şahin quşları havada tutar, alçaqdan uçaraq yerdə olan heyvanları təqib edərək ovlayar.

Qızıl quyruqlu şahin cinsi yetişkənliyə iki yaşında çatar. Cütlərdən biri ölənə qədər tək əks cinslə cütləşər. Eyni yuva cütlük tərəfindən illərlə qoruna bilər. Cütləşmə zamanı erkək və dişi şahinlər bir birinin ətrafında çığlıqlar ataraq uçuşarlar. Erkək havada akrobatik hərəkətlər edib, yerə enib təkrar yüksələr. Bu hərəkətləri bir müddət sərgilədikdən sonra qısa müddətlik erkək dişinin pəncələrini öz pəncələri ilə tutar. Bundan sonra cütləşərlər. Araşdırmalara görə mart və aprel ayında daha çox yumurta yumurtlayarlar. Yumurtlama iki gündə bir yumurta şəklində olar. Yumurtalar çox vaxt 60x47 mm ölçülərindədir. 28-35 gün sonra 2-4 günlük vaxt içərisində yumurtalar çatlamağa başlayar və bala yumurtadan çıxan kimi bəslənmək məcburiyyətindədilər. Qidanı həm balaya , həm də dişiyə erkək quş gətirir. Dişi quş qidanı kiçik hissələrə ayıraraq balasını bəsləyər. 42-46 gün sonra bala şahinlər kiçik uçuşlar edərək yuvadan ayrılarlar. 10 həftə içərisində balalar ovlamağı və uçmağı öyrənər.