Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu – 4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri.
Fəttah Heydərov | |
---|---|
1995 – 2020 | |
1990 – 1995 | |
1983 – 1990 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 2020 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Sahibəxanım Heydərova |
Uşağı | |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.
1976–1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.
1990–1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı olmuşdur.[1] Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuş Azərbaycan Ağsaqqallar Şurasının sədri işləmişdir.
4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.