Gülüstan Həsən qızı Əliyeva (8 aprel 1967, Yevlax) — Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti
Gülüstan Əliyeva | |
---|---|
azərb. Gülüstan Həsən qızı Əliyeva | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1967 (57 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Fəaliyyət illəri | 1982-ci ildən |
Janrlar | pop musiqisi, muğam, xalq musiqisi |
Səs tembri | soprano |
Albom şirkəti | "Səbuhi şirkəti" |
Əlaqələri | Aygün Səmədzadə, İslam Rzayev, Arif Babayev Vüqar Camalzadə Gövhər Həsənzadə |
Təhsili |
|
Mükafatları | |
t.me/gulustanaliyeva |
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olmuş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olmuşdur.
Həyat yoldaşı — Əhmədov Zahid Fərrux oğlu (1960, Cəbrayıl) Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1988). Təyinatını DİN zabiti olaraq, Cəbrayıl rayon RDŞ-ya almışdır. 1990–1991-ci illərdə torpağlarımızın ermənilərdən təmizlənməsində fəal iştirakına görə DİN-nin "polis əlaçısı" nişanı, igidliyə görə medalı ilə təltif olmuşdur.1991-ci ildə Cəbrayıl rayonunda (Zanzur kəndi) xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.[1] Bir oğlu var — Əhmədli Rüfət Zahid oğlu. Atasının yolunu şərəflə davam edir. Evlidir. İki övladı var.
1992-ci ildə Beylaqan royonu Günəşli qəs. h'yat yoldaşının adını daşıyan məktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ild'n isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır. 2003-cÜ ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiya "Azərbaycan Bəstəkarların Opera Yaradıcılıqında Qadın Obrazlarının Musiqili Drammaturji Həlli"
1995-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə də məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.[2] Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil etmişdir. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak etmişdir. 1994-cü ildə Fizuli İli ilə əlaqədar Beynəlxalq simpoziumda iştirak etmişdir. 14 may 2016-cı ildə Gülüstan Əliyeva "Ey Vətən" adlı Solo Konseri ilə tamaşaçıların garşısına çıxıb.[3] Qeyd edək ki, G. Əliyeva mayın 14-də Heydər Əliyev Sarayında konsert verəcəyini bildirmişdi. Konsertin biletləri satılsa da, aprel döyüşlərində həlak olan şəhidlərin ruhuna hörmət əlaməti olaraq, sənətçi tədbirini təxirə salmışdı.[4] 28 oktyabr Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Payız Sevgisi" solo-konserti ilə çıxış edib. Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub və Gülüstan Əliyevanın 20 illik opera səhnəsində yaradıcılığına həsr olunub. Konsert proqramı Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri əməkdar artist Ələkbər Ələkbərov) və Estrada orkestrinin (bədii rəhbəri əməkdar artist Vüqar Camalzadə) müşayiəti ilə məşhur və yeni kompozisiyaları, xalq mahnıları, muğam və klassik əsərləri nümayiş olunub.[5][6] 2010-cu 31 may ilin tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva konsert proqramı ilə çıxış edib. Konsert proqramında milli xalq mahnılarımız və muğam əsərləri səslənib. Konsertdə müşaiət edib — Milli İnstrumental Ansambl Azrbaycanın Xalq Artisti Ağacəbrail Abbasəliyevin rəhbərliyi altında.[7] 2018-ci ildə Türkiyənin TRT Telekanalının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş konsertində iştirak etmişdir.[8]
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə[9], 9 may 2018-ci ildə[10] və 10 may 2019-cu ildə[11] Prezident Mükafatına layiq görülmüşdür. 2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb.[12] 2022-ci ildə İlin Adamı mükafatına layiq görüldü.[13]