Qızlar (teleserial, 2007)

Qızlar
Janr dram
komediya
Rejissor Namiq Ağayev
Ssenari müəllifi Kamran Qasımov
Baş rollarda Vəfa Zeynalova-Leyla
Hüsniyyə Mürvətova-Turan
Zümrüd Qasımova-Sevda
Təhminə Məmmədova-Arzu
Operator Rəşad Nuriyev
Rəssam Mehriban Əfəndiyeva
İstehsalçı Bakıfilm Kinostudiyası
İlk baxış tarixi 30 noyabr 2007, ANS Televiziyası
Filmin növü çoxseriyalı bədii televiziya filmi
Müddət 35-40 dəq (təxminən)
1-ci seriya: 36,5 dəq.
2-ci seriya: 36,5 dəq.
3-cü seriya: 33,5 dəq.
4-cü seriya: 35,5 dəq.
5-ci seriya: 40 dəq.
6-cı seriya: ??
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2007
Rəng rəngli (ağ-qara kadrlarla)
Çəkiliş yeri Bakı
Bakı, Xəzər sahili
Bakı, İçərişəhər
Bakı, Qız qalası
Bakı, Binə qəsəbəsi-Aeroport
IMDb ID1188329
Bakı. XXI əsrin əvvəlləri. Zamanın gerçəkliyi dörd xanımın nəzər nöqtəsində canlanır. Bu qızların hər birinin öz taleyi, öz dünyası, həyata öz baxışları var. Xarakterləri fərqli olsa da, onları bir-birinə bağlayan ali bir qüvvə var: dostluq! Bəs kimdir bu qızlar?!
Leyla (Vəfa Zeynalova) — jurnalistdir, əsasən gender problemlərindən, eyni zamanda cəmiyyətin sosial yaşantıları haqda yazır. Vətənpərvərdir, daim ictimai ədalət axtarışındadır.
Turan (Hüsniyyə Mürvətova) — Uğurlu iş adamıdır. Həyat yoldaşı 1992-ci ildə Qarabağda şəhid olub ve bu səbəbdən ömrünün sonunadək sadiq qalacağına söz verib.
Sevda (Zümrüd Qasımova) — Qadın idman klubunda çalışır, sözübütövdür. Kişiləri yoldan çıxarmaq, onlara dərs vermək hobbisidir. Hələlik cəmiyyət tərəfindən layiqli qiymət almır.
Arzu (Təhminə Məmmədova) — Əksər azəri qadınlar kimi arzuları böyükdür — ərə getmək istəyir. Amma sevgidə bəxti gətirmir. Çətin vəziyyətlərə düşdükdə isə, rəfiqələri onu düşdüyü vəziyyətdən xilas edirlər.
Serialda təqdim olunan digər obrazlar, qızların həyatında aparıcı qüvvəyə çevrilirlər. Leylanın işlədiyi yeni redaksiyada qeyri-adi xüsusiyyətlərə malik vəkil Mahmudla (Rəşad Səfərov) tanışlığı, Turanın Türkiyədən qayıtdığı zaman naməlum kişinin onun fotosunu çəkməsi hadisələrə düyün vuraraq, ziddiyyətləri formalaşdırır.
Məhəbbət, sevgi, nifrət, xəyanət, kriminal aləm, sosial həyat — bütün bu sadalananlar serialın əbədi mövzuları kimi vahid dramaturji xətdə cəmlənərək, daim yeni hadisələr yaradır…
  • Filmin birinci seriyasında Vəfa Zeynalova, sonrakı seriyalarında isə Vəfa Rzayeva yazılmışdır.
  • 24 seriya nəzərdə tutulan serialın çəkilişləri 6-cı seriyada dayandırılıb. Filmin yaradıcı heyətində dəyişiklik edilib. Rejissor Namiq Ağayev öz komandası ilə uzaqlaşdırılıb (1–6 seriya). Sonrakı seriyaları İranlı rejissor Abbas Paknəhat çəkəcək.
Adlar:
1)Aktrisa Aytən İsgəndərovanın soyadı İskəndərova yazılmışdır.
2)Sürməçi Aybəniz Yunusovanın soyadı Yusifova yazılmışdır.
3)Aktrisa Səadət Hüseynovanın soyadı sonrakı seriyalarda Səadət Həsənova kimi yazılmışdır.
4)Aktyor Ədalət Əbdülsəmədovun adı "Ədalət Əbdülsəlimov" kimi göstərilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Kamran Qasımov
Quruluşçu rejissor: Namiq Ağayev, Abbas Paknəhat
Quruluşçu operator: [[Rəşad Nuriyev
İcraçı prodüser: Elnur Əliyev
Səs rejissoru: Pərviz Ramizoğlu
Montajçılar: Vüqar Rizvanoğlu, Adil]], Bəhram Nəsibov, Elgün Əzimov, Elşad Həsənov, Gülməmməd Məmmədov
Quruluşçu rəssam: Mehriban Əfəndiyeva
Rejissor assistenti: Yeganə Əbdülməmmədova
Baş redaktor: Mailə Muradxanlı
Baş prodüser: Vahid Mustafayev
Redaktor: Aidə Quliyeva
Baş koordinator: Rafiq Əliyev
Operator assistenti: Ceyhun Quliyev
İşıq ustası: Elnur Nuriyev
Səs operatoru: İlkin Qulamov
Musiqi tərtibatı: Pərviz Ramizoğlu
Qrafik dizayn: Səbuhi Ağayev, Əziz Unoyev
Sürməçi: Aybəniz Yunusova
Geyim: Kəmalə Zəkiyeva
Tərtibatçı: Afət Paşaqızı
İnzibatçı: Tural Qasımov
Köməkçi: İlham Babayev
Referent: Sevda Hüseynova
Texniklər: Sərxan Musayev, Mehriban İlhamqızı
Sürücülər: Qəzənfər Məmmədov, Zöhrab Rüstəmov
Aşpaz: Tofiq kişi
Təhlükəsizlik: Şahin Rəhimov, Nazim Qurbanov, Kamal Əzizov
Musiqisindən istifadə edilən bəstəkar: Qara Qarayev ("İldırımlı yollarla")
İfasından istifadə edilən qruplar: Qotan Project, Palast Orchester
Saç düzümü: Gülya
İfasından istifadə edilən müğənni: Lui Armstronq (titrlərdə yoxdur)
Şerindən istifadə edilən şair: Bəxtiyar Vahabzadə ("Gör necə güclüsən" şeri)
Vəfa Zeynalova (Vəfa Rzayeva kimi)-Leyla
Hüsniyyə Mürvətova-Turan
Zümrüd Qasımova-Sevda
Təhminə Məmmədova (Təhminə kimi)-Arzu
Şamil Süleymanov-Fərhad
Mirzə Ağayev-Əli
Rəşad Səfərov-Mahmud
Nahidə Orucova-Sədaqət
Ramil Qasımov-Ülvi
Arif Kərimov-Yol polisi
Səadət Hüseynova-Nigar
Cavidan Əliyev-Fariz
Gülnar Əzizova-Qız
Nicat Kazımov-Nazim
Rumiyyə Ağayeva-Nata
Rəşad Məmmədov-Ofisiant
İlkin Əhmədov-Naməlum adam
Elşən Rüstəmov-Adil
Mehriban Hüseynova-Redaksiya işçisi
Ülviyyə Babayeva-Redaksiya işçisi
Aytən İsgəndərova-Redaksiya işçisi
Aybəniz Yunusova-Redaksiya işçisi
Vüsal Mehrəliyev-Ramin
Nisə Qasımova-Özü
Ədalət Əbdülsəmədov (Ədalət Əbdülsəlimov kimi)-Şamil
Yaqub Zeynalov-Elman
Ağayar Ağayev-Qurbanov
Füzuli Hüseynov-Tahir
Elmira Şabanova-Mahmudun anası
Gülnar Quliyeva
Səbiyyə Eynullayeva
Sevda Hüseynova

Arxiv kadrlarda iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Ernest Heminquey (şəkil) (titrlərdə yoxdur)
Üzeyir Hacıbəyov (şəkil) (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
ANS Press Nəşriyyat Evi
İP şirkəti
Elit Ticarət və Əyləncə Mərkəzi
"İN Studio" gözəllik salonu
"Dimare" geyim mağazası
Kafe IV Klub

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
Naxış Mustafayeva
Nərgiz Mustafayeva
Nigar İbrahimova
Venera (vizaj)
Nüsrət Əfəndiyev (Subaru-Foster və Mitsubishi Lancer avtomobilləri)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]