Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası.
Zümrüd Qasımova | |
---|---|
Zümrüd Bəxtiyar qızı Qasımova | |
Doğum tarixi | 23 mart 1982 (42 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2001-ci ildən |
Mükafatları | |
IMDb | ID2928971 |
Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb.
Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin "Qala" filmi olmuşdur.
9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]
ANS TV Televiziya Şirkəti
"Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013)
"El tv" Televiziya Şirkəti(Yevlax) (2014)
ARB Televiziya Şirkəti (2016)
Space TV Televiziya Şirkəti (2017)
Antenn Radio 101 FM
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
“Canımda can” | Ama Terasu | 2003 | Vaqif İbrahimoğlu | İbrahim İbrahimli |
Hop-Hop | Kiki | 2003 | Vaqif İbrahimoğlu | Mirzə Ələkbər Sabir |
Zindan güşəsi | Sənətçi qız | 2003 | Vaqif İbrahimoğlu | Hüseyn Cavid |
Üz tuturam Tanrıya | Məhbub | 2003 | Vaqif İbrahimoğlu | Fəxrəddin Salim |
Sən həmişə mənimləsən | Nargilə | 2003 | Vaqif İbrahimoğlu | İlyas Əfəndiyev |
Günlərin bir günü | Oh | 2004 | Tural Mustafayev | İbrahim İbrahimli |
Dəvə yağışı | İnsas | 2004 | Vaqif İbrahimoğlu | Kamal Abdulla |
Olsun | 2005 | Rasim Aşın | Yunus Əmrə | |
Küfr | Ana | 2006 | Şahbaz Rəsul | Gi de Mopassan |
O susurdu | Söylənənlərdən biri | 2006 | Vaqif İbrahimoğlu | Süqoro Yamomoto |
Viy | Panoçka | 2006 | Mikayıl Mikayılov | Nikolay Qoqol |
Adsız çiçək | Qız | 2006 | Günay Səttar | Mehman Musabəyov |
Tas | Eros | 2007 | Vaqif İbrahimoğlu | Orxan Fikrətoğlu |
Vəsl | Ayini Qılan | 2008 | Vaqif İbrahimoğlu | Məhəmməd Füzuli |
Rəhm | 3-cü kor | 2008 | Tural Vaqifoğlu | Məhəmməd Füzuli |
Naməlum Axundzadə | Şərəfnisə | 2012 | Gümrah Ömər | Mirzə Fətəli Axundov |
Şok | Aymələk | 2015 | Günay Səttar | Turqay Nar |
Məhşər günü | Qadın | 2015 | Gümrah Ömər | Gela Dumbadze |
Metamorfoza | Mən | 2017 | Günay Səttar | Səidə Haqverdiyeva |
Kabuslar və yaxud Vəsvəsə | Fryu Alvink | 2015 | Gümrah Ömər | İbsenk |
Təklif | Natalya Petrovna | 2018 | Günay Səttar | A.P.Çexov |
Lənət | Yelezaveta və yax Kölgə | 2019 | Xristo Stoyçev, | V.Şekspir |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Ruhlar | Mariya | 2012 | Mir Sahib | Eduardo de Filippo |
Məhv olmuş gündəliklər | Angel | 2015 | Günay Səttar | İlyas Əfəndiyev |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Maraqlı fiqur və ya siçan qadın | Qadın | 2016 | Vidadi Həsənov | Pərviz Seyidli |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Solğun sevgilər | Mələy | 2020 | Səidə Haqverdiyeva | Cəfər Cabbarlı |