Qələndər Çələbi üsyanı

Qələndər Çələbi üsyanı (türk. Kalender Çelebi isyanı) – 1527-ci ildə Anadoluda baş verən şiə ayaqlanması.[1][2]

Qələndər Çələbi üsyanı
Tarix 22 iyun 1527
Yeri Tokat, Amasya, Sivas, Mərəş, Kırşəhər, Ankara, Çorum, Əlbistan, Yozqat
Səbəbi Aparılan vergi siyasəti və dini sürtüşmələr
Nəticəsi Üsyan yatırıldı
Münaqişə tərəfləri

Osmanlı imperiyası

Üsyançı birliklər

Komandan(lar)

Bəhram Paşa
Mahmud Paşa
Yaqub Paşa
Parqalı İbrahim Paşa

Qələndər Çələbi
Vəli Dündar bəy
Üsyançı qızılbaş sipahilər
Üsyançı qızılbaş türkmənlər

Baba Zünnun üsyanı kimi, bu ayaqlanma da Sultan Süleyman Qanuni dövründə (1520–1566) çıxmışdır. Ard-arda baş tutan Belqrad, RodosMoxac səfərləri səbəbilə xəzinədə yaranan azalmanı aradan qaldırmaq məqsədilə əhalidən toplanan vergilər artırılmış, buna etiraz edən əhali isə Qələndər Çələbi rəhbərliyində ayaqlanmışdır.

Üsyana rəhbərlik edən Bektaşı təriqətinin şeyxi Qələndər Çələbi Hacı Bektaş Vəli soyundan gəldiyini iddia edərək özünü şah elan etmiş, Qələndər Şah ünvanıyla Səfəvi şahı Şah İsmayılla əlaqələr qurmağa cəhd etmişdir.

Timar torpaqları əlindən alınan sipahilərin də qatılmasıyla sayıları 30 minə çatan üsyançılar Əlbistan yaxınlığında məskunlaşdılar. Üsyan xəbəri Sultan Süleymana səfər dönüşü Petrovaradində verildi. Anadolu bəylərbəyi Bəhram Paşa və Qaraman bəylərbəyi Mahmud Paşa üsyanı yatırmaqla vəzifələndirildilər. Onlar bölgəyə gəlmədən öncə isə Sivas bəylərbəyi Yaqub Paşa üsyançılara məğlub olub geri çəkildilər. Ardından 8 iyun 1527-ci ildə Tokat yaxınlığında QaramanHələb əyalətlərindən gələn dəstək birliklərlə üsyançılara hücum edən Bəhram Paşa yenidən məğlub oldu və Qaraman bəylərbəyi Mahmud Paşa, Alaiyə, Amasiya və Birəcik sancaqbəyləri, eləcə də Qaraman və Anadolu timar dəftərdarları döyüş meydanında həlak oldular.

Üsyanın böyüməsinin ardından Sultan Süleyman Qanuni bölgədə sülh təmin etmək məqsədilə sədrəzəm Parqalı İbrahim Paşanı 3 min yeniçəri və 2 min sipahiylə birlikdə Anadoluya göndərdi. İdarəsindəki Osmanlı ordusunu Əlbistan yaxınlığına gətirən İbrahim Paşa öncəliklə, Qələndər Çələbini dəstəkləyən sipahi və türkmən bəyləriylə gizli danışıqlara başladı. Mülkləri əllərindən alınan sipahilərə mülklərinin geri veriləcəyi söz verildi. Mərkəzi hakimiyyətdən narazı olan türkmən bəylərinin isə vergilərinin azaldılacağı vəd edildi. Beləliklə, Qələndər Çələbinin tərəfdarlarını azaltmağa çalışan İbrahim Paşa 22 iyun 1527-ci ildə Başsaz yaylağında üsyançılara hücuma keçdi. Hər biri qılıncdan keçirilən üsyançıların başçısı Qələndər Çələbi və Vəli Dündar bəy döyüş meydanında həlak oldular.

Qələndər Çələbinin öldürülməsinin ardından Bektaşi təriqətinin fəaliyyəti Sultan Süleyman Qanuni dövrünün sonlarına qədər dayandırıldı.

  1. [http://www.hacibektaslilar.com/article,tr,2007~01~04,,,1~0~0,yes~29~now,122_columnist.html "�AH KALENDER �SYANI Hac� Bekta�l�lar Sitesine Ho�geldiniz"]. web.archive.org. 2011-11-26. 2011-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
  2. Aktan, C. C., Dileyici, D. ve Saraç, Ö. (2002). Osmanlı tarihinde vergi isyanları –I-. Süleyman Demirel Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi. 7(2), 1–20
  • İlkesiz Vergilere Tepkiler:Vergi İsyanları. Ed.:Özgür Saraç, Gamze Yıldız Şeren. İstanbul 2022.
  • Çetin, H. (2018). Osmanlı devletinde meydana gelen vergi isyanları. Hukuk ve İktisat Araştırmaları Dergisi. 10(1), 18–34
  • Maden, F. (2015). Yeniçerilik-Bektaşilik ilişkileri ve yeniçeri isyanlarında Bektaşiler. Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 73, 173–202