Qərbi Polesye (pol. Polesie Zachodnie, belar. Заходняе Палессе, ukr. Західне Полісся) — Belarus, Ukrayna və Polşa ərazisinə aid olan etno-tarixi region.
Regionun qərb hissəsi Polşa (Lyublinskoe Polesye) ərazisinə aiddir. Şimal hissəsi Belarusun Beresteyski-Pinskoe Polesye bölgəsinə, cənub hissəsi isə Ukraynaya (Volınskoe Polesye) aiddir.
Geoloji baxımdan ərazinin düzənlik hissəsi kembriyə qədər dövrdə formalaşmış. Bu ərazidən şimalda daş kömür dövrünün çöküntüləri üstünlük təşkil edir. Mezozoyun və kaynazoyun süxurları azlıq təşkil edir.[1]
Ərazi daha çox bataqlaşmış və bataqlıq-meşəliklərdən ibarətdir. Meşələrində şam ağacları üstünlük təşkil edir. 1990-cı ildə bölgədə Polesye Milli Parkı yaradılmış.[2] Milli Parkda Avropa ərazisi üçün nadir olan bataqlıq tısbağası qorunur.
Qərbi Polesye mədəni icması qədim dövrlərdən formalaşmış. Y. Kuxarenko, İ. Rusanova və İ. Biruliya və O. İov kimi arxeoloqlar ərazidə mövcud olan kurqanlara əsasən bu nəticəyə gəlmişlər ki, regionun köklü əhalisi volınlar olmuşdur.. Qərbi Polesye əhalisi ehtimal olunur ki, dulibsko ittifaqına aid idi. Bunu bir çox qadın bəzək əşyalarına əsasən söyləmək mümkündür.
Regionun köklü əhalisi qərbi polesye dialektində danışır (polesye dili). Əhalinin çox provaslavdır. Ancaq protestanlıqda geniş yayılmışdır. Əhalinin sıxlığı çox deyil. Əsasən Brest, Byla-Podlyaska, Kobrin, Kovel, Pinsk şəhərələrində əhalinin sayı 50 mindən yuxarıdır.
Regionun şərq hissəsi Dnepr çayı hövzəsinə aiddir. Qərb hissəsi isə Visla hövzəsinə aiddir. Regionun ən böyük çayları: Pripyat, Qərbi Buq, Stır, Qorın, Yaseldadır. Qərbi Polesye ərazisində unikal Svityaz gölü yerləşir.