Qərbi Roma imperiyası

Qərbi Roma imperiyası (lat. Imperium Romanum Occidentale) — 285-ci ildə Diokletianın reformasından sonra Roma imperiyasının qərb hissəsinin adı. Qərbi imperiyanın mövcudluğu III–V əsrləri əhatə edir. İmperiya qərb və şərq hissələrə bölündükdən və Roma paytaxt funksiyasını itirdikdən sonra, əvvəlcə Mediolan (müasir Milan) sonradan 402-ci ildən Ravenn, V əsrdən etibarən təzədən Roma Qərbi Roma imperiyasının paytaxtına çevrilir.

Tarixi dövlət
Qərbi Roma imperiyası
lat. Imperium Romanum Occidentale
Gerb
Gerb
«

lat. Senatus Populusque Romanus (SPQR)

Roma Xalqı və Senatı
»
395 ci illərdə Qərbi Roma ərazisi
395 ci illərdə Qərbi Roma ərazisi
 
 

Paytaxt Roma (rəsmi)
(286-402) Milan
(402-476) Ravenna
Dilləri latın dili
Rəsmi dilləri Latın dili
Dövlət dini Politeizm (380-ci ilədək)
Xristianlıq (380-ci ildən sonra)
Ərazisi 2 000 000 km²
İdarəetmə forması Monarxiya,
Tetrarxiya (293-313)
Dövlət başçıları
İmperator
 • 395–423 Flaviy Honori
 • 475-476 Romul Avqust
Konsullar
 • 395

-476
Flaviy Aniçi Hermogenian Olybriy
Flaviy Aniçi Probin
Basilisk
Flaviy Armat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

III əsrdə Diokletian Roma imperiyasını iki hissəyə (hər biri özlüyündə ikiyə parçalanmaqla) bölməklə necə deyərlər tetraarxiya sistemini yaratmış olur. Ömrü çox çəkməyən tetraarxiya Böyük Konstantinin hakimiyyəti altında imperiya birləşdirildikdən sonra ləğv edilir. Amma Böyük Konstantinin vəfatından sonra imperiya üç oğlu arasında təzədən bölünür. 350-ci ildə iki qardaşın — II Konstantin və Konstantın ölümü imperiyanın təzədən II Konstançın hakimiyyəti altında birləşməsinə səbəb olur. İmperiyanın yenidən parçalanması imperator İovianın ölümündən sonra 364-cü ilə təsadüf edir. Seçilmiş imperator I Valentinian Qərbi imperiyanın, qardaşı II Valent isə Şərqi imperiyanın hakiminə çevrilir. Bölünmüş hakimiyyət üsuluna baxmayaraq rəsmən bütöv sayılan imperiya 394-cü ilədək mövcudluğunu qoruyub saxlaya bilmişdir. 394-cü ildə I Feodosi imperiyanın qərb hissəsini qəsb edərək qısa müddətə birləşmiş imperiyanın sonuncu imperatoruna çevrilmiş olur. 395-ci ildə I Feodosinin ölümündən sonra oğlanları Honnori qərbi, Arkadi isə şərqi imperiyanın imperatoruna çevrilirlər. 60 il ərzində imperiyanın qərbi Feodosinin övladları tərəfindən məhz Ravennadan idarə edilmişdir. Honnoridən sonra hakimiyyətə III Valentinian (423–455) gəlir. V əsrdən başlayaraq Roma tarixinin qara günlərini yaşamış olur. Hunların, germanvandal tayfalarının aramsız hücumları altında ərazisinin böyük bir hissəsini itirən darmadağın edilmiş Roma tənəzzül etməyə başlayır. Qərbi Roma imperiyası rəsmi olaraq 4 sentyabr 476-cı ildə germanların başçısı Odoakr tərəfindən sonuncu Qərbi Roma imperatoru olan Romul Avqustun devrilməsi ilə süqut etmiş olur.

  • Henning Börm: Das weströmische Kaisertum nach 476. In: Josef Wiesehöfer et al. (eds.), Monumentum et instrumentum inscriptum. Stuttgart 2008