Qəzənfər Cəfərli

Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə25 sentyabr 1973) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959).

Qəzənfər Cəfərli
25 mart 1959 – 25 noyabr 1959
ƏvvəlkiMirzə İbrahimov
SonrakıƏli Tağızadə
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1920(1920-05-25)
Doğum yeri
Vəfat tarixi 25 sentyabr 1973(1973-09-25) (53 yaşında)
Partiya
Təhsili
Hərbi xidmət
Döyüşlər
Rütbəsi baş leytenant
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri Aleksandr Nevski ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1944 "Döyüş xidmətlərinə görə" medalı — 1944 "Leninqradın müdafiəsinə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir.[1] Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır.[2]

Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir.[3]

Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir. 1947-ci ilin mayında Azərbaycan KP MK aparatında təlimatçı, sonra isə partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsinin bölmə müdiri vəzifələrinə təyin edilmişdir.[1]

Qəzənfər Cəfərli 1949-cu ilin yanvarında Azərbaycan Kommunist Partiyası Dəstəfur Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, bir il yarımdan çox bu rayona rəhbərlik etmiş, 1950-ci ilin sentyabr ayında ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində[rus.] oxumağa getmişdir. 1953-cü ildə təhsilini bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan KP MK-nın partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsi müdirinin müavini, 1954-cü ilin iyununda isə həmin şöbənin müdiri təyin edilmişdir. O, 1957-ci ilin yanvar ayından Azərbaycan KP MK bürosunun üzvü olmuş, 1958-ci ilin iyul ayında Azərbaycan KP MK katibi seçilmişdir.[3]

Qəzənfər Cəfərli 25 mart 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir.[4] O, bu vəzifədə həmin ilin 25 noyabrına qədər işləmişdir.[5]

  1. 1 2 Гәзәнфәр Мусаевич Ҹәфәрли // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 9.
  2. "Джафарли Газанфар Муса оглы". knowbysight.info. Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 27 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2021.
  3. 1 2 Гәзәнфәр Муса оғлу Ҹәфәрли // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 106.
  4. Азәрбајҹан ССР Али Совети Сәдринин сечилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан ССР Али Советинин мә'луматы. № 4 (9). апрел 1959-ҹу ил. С. 9.
  5. Г. М. Ҹәфәрли јолдашын Азәрбајҹан ССР Али Советинин Сәдри вәзифәсиндән азад едилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан ССР Али Советинин мә'луматы. № 12 (17). декабр 1959-ҹу ил. С. 11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]