Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973).[1]
Qəzənfər Xalıqov | |
---|---|
Doğum tarixi | 16 dekabr 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 1981 (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, karikaturçu |
Təhsili | |
Janrlar | portret, qrafika |
Tanınmış işləri | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur.
1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir.[1] 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır[2]. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir.
Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.[3] "Xosrov və Şirin" (1940), "İsgəndərnamə" (1953) akvarel işləri Azərbaycan Milli İncəsənət Muzeyində, "Nizaminin portreti" Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, 17 əsəri isə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.