Qоca tarzən[1] — 1922-ci ildə[2]azərbaycanlı yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış hekayə[1].
Qоca tarzən | |
---|---|
Janr | hekayə |
Müəllif | Əbdürrəhim bəy Haqverdiyev |
Orijinal dili | azərbaycan |
Yazılma ili | 1922 |
Ədəbiyyatşünas Kamran Məmmədovun sözlərinə görə, "Qоca tarzən" hekayəsinin qəhrəmanı olan tarzən Cavad, Haqverdiyev tərəfindən yazılmış başqa bir hekayə qəhrəmanı “Mirzə Səfərin” xarakterini xatırladır. O da yaltaqlığın nə olduğunu bilmir. Tarzən Cavad, sənətinin ölməyəcəyini və gənc nəslin simasında qayıdacağını görəndən sonra sevinir[3].
Ədəbiyyatşünas Ə.Məmmədovun sözlərinə görə, Haqverdiyevin "Qоca tarzən" və C.Məmmədquluzadənin "Kəmança" hekayəsi azərbaycanlı yazıçılarının musiqiyə olan sevgisi haqqında rəvayət edir[1].