Qabırğaların sınıqları — döş qəfəsinə üfüqi istiqamətdə zərbə olduqda baş verə bilər.[1]
Qabırğaların sınıqları | |
---|---|
XBT-10 | S22.3, S22.4 |
XBT-9 | 807.0, 807.1 |
DiseasesDB | 11553 |
MeSH | D012253 |
Vikianbarda əlaqəli mediafayllar |
Ən tipik olan qoltuqaltı nahiyəsinin arxa qırağının səviyyəsində baş verən 4–8-ci qabırğaların sınmasıdır.[1]
Qabırğaların sınıqları zamanı əmələ gələn əlamətlər:[2]
Zədələnmiş nahiyədə qabırğaların hərəkətini məhdudlaşdırıb, rahatlıq yaratmaq lazımdır. Bu döş qəfəsinə enli, kip fiksəedici sarğının qoyulması ilə əldə edilir. Zədələnmiş dərindən nəfəs alıb verəndə sarğı qoyulur (enli bint, dəsmal, yataq ağı ilə). Şok əleyhinə ağrıkəsici (tramal, promedol) tətbiq edilir və yarımoturaq vəziyyətdə xəstə stasionara göndərilir.[3]
Bəzən qabırğa sınığında ağciyər zədələnməsi nəticəsində qanhayxırma baş verir. Belə hallarda zərərçəkənin döş qəfəsinə soyuq kompress qoyularaq xəstəxananın cərrahi şöbəsinə təcili olaraq çatdırılır.[3]