Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976).
Qabil | |
---|---|
Doğum adı | Qabil Allahverdi oğlu İmamverdiyev |
Doğum tarixi | 12 avqust 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 4 may 2007 (80 yaşında) |
Vəfat yeri | |
Uşağı | Mahir Qabiloğlu[1] |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
|
Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir.
AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.
Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir[2]. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.