Qafar Qərib

Qafar Qərib (1 mart 1976, Güznüt, Naxçıvan rayonu) — şair, publisist, naşir, Naxçıvan Ali Məclisinin deputatı. Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Qafar Qərib
Doğum adı Qafar Tahir oğlu Qənbərov
Təxəllüsü Qərib
Doğum tarixi 1 mart 1976(1976-03-01) (48 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair, publisist
Əsərlərinin dili Azərbaycan dili
Janr şeir
İlk əsəri "Gözlərsən məni"
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı

Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2009-cu ildən 2023-cü ilədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktoru olmuşdurr. Ailəlidir. 3 qızı 1 nəvəsi var.

  • "Gözlərsən məni"(1998),
  • "Gözümə döydüyüm şəkil"(2000),
  • "İçimizdəki qəhrəman"(2002)
  • "Dünya üçbucaq imiş"(2004)
  • "İki qapı arasında"
  • "Göydən üç alma düşdü"
  • "Vətən daşdan başlayırmış"
  • "Qədim-yeni Naxçıvanım"
  • "Bu gün, bu saat, bu an…"

== Təltifləri

  • 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb.
  • 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]