Qafqaz Müsəlman Legionu (alm. Kaukasisch-Mohammedanische Legion) — general Olbrixtin əmri ilə 1942-ci ilin 13 yanvarında yaardılmışdır.[1] Legion şimali qafqazlılardan və azərbaycanlılardan təşkil edilmişdi. 1942-ci ilin 19 fevral dekretinə uyğun olaraq, Şimali Qafqaz xalqlarından olan könüllülər 2 avqust 1942-ci ildə Şimali Qafqazın milli-ərazi prinsipləri əsasında təşkil edildi. Legionun başlanğıcda toplaşma yeri Vesel şəhəri idi.[2]
Qafqaz Müsəlman Legionu | |
---|---|
Kaukasisch-Mohammedanische Legion | |
Yaranma tarixi | 1942-1945 |
Ölkə | Nasist Almaniyası |
Tabedir | Vermaxt |
Sayı | 28-30 min |
Qərargah | |
Müharibələr | İkinci dünya müharibəsi |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci ilin oktyabr ayında Abverin xüsusi məqsədləri üçün Türkistandan və Qafqazdan olan əsirlərin bir yerə cəmləndirilməsi qərara alındı. Abver üçün işləməyə razı olan könüllülərə Stab Vallidən nəzarət ediləcəkdi və onlar Abver zabitləri olan mayor Andreas Meyer Mader və Teodor Oberlander tərəfindən subordinasiya ediləcəkdilər. Professor olan baş leytenant Oberlander müharibədən əvvəl Köniqsberqdə, Qreyfsvaldda və Praqada sosial elmlər departamentlərinin rəhbəri olmuşdu. Baş leytenant Oberlander həmçinin, Bülbül taborunun da siyasi lideri kimi xidmət etmişdi.[3]
Qafqaz Müsəlman Legionu 13 yanvar 1942-ci ildə rezerv ordunun komandanı general Olbrixtin əmri ilə yaradıldı. Bu məqsədlə alman təlim mərkəzi təşkil edildi və ona komandan kimi mayor Andreas Meyer Mader təyin edildi. Ona həmçinin, sözügedən millətlərdən olan müharibə əsirlərindən təşkil edilmiş 7 birləşmənin sıralarının yenidən doldurulması da tapşırılmışdı. Uyğun müharibə əsirləri yoxlanıldı və əsarətdən azad edildilər. Onlar qısa müddətlik sınaq mərhələsindən sonra alman forması geyindilər. Mayer-Mader birləşməsi təməlində Qafqaz Müsəlman və Türkistan legionlarının qurulmasına icazə verildi. 19 fevralda silahlanma rəhbəri və rezerv ordu komandanı Qafqaz Müsəlman və Türkistan legionlarının bir-birindən ayrılmasını əmr etdi. 2 avqust 1942-ci ildə Qafqaz xalqları ayrıca Şimali Qafqaz legionunda birləşdilər. Legion abxazlardan, çərkəzlərdən, kabardinlərdən, balkarlardan, qaraçaylılardan, çeçenlərdən, inquşlardan və Dağıstan xalqlarından təşkil edilmişdi. Kürdlər, talışlar və şimali osetiyalılar sonradan legiona daxil oldular.[4]
Şimali Qafqaz Legionunun mərkəzi 1943-cü ildə Poltava regionunun Mirqorod bölgəsində yaradıldı. Ona komandan kimi polkovnik-leytenant Ristov təyin edildi. 1944-cü ilin yayında 70 və 71-ci polis taborlarının əsasında Şimali Qafqaz VƏ Qafqaz SS alayları təşkil edildi. Müharibənin sonunda, Şimali İtaliyada döyüşçü qrup SS qoşunlarının Qafqaz bölməsinə qatıldı. SS-in Standard ordsunun komandanı, keçmiş Ağ Qvardiya zabiti Kuçuk Ulaqay da bu alaya qoşuldu.
Bu qruplaşmaların əsas işi Sovet arxa cəbhəsində çaxnaşma meydana çıxarmaq, sabotaj aktları həyata keçirmək idi. Onlar körpüləri, dəmiryollarını, avtomobil yollarını partladırdı.
Araşdırmaçı Traho R-ə görə, "müharibənin başlanğıcından SSRİ-ə qarşı döyüşən şimali qafqazlıların sayı 1945-ci ilə qədər 28-30 min nəfər olmuşdur".