Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur.
1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar.[1]
Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır:
Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.