Fazil İrəvani

Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlu (1782, İrəvan1885, İrəvan) — Qafqaz müsəlmanlarının II Şeyxülislamı.

Fazil İrəvani
Qafqaz müsəlmanlarının II şeyxülislamı
1847 – 1862
ƏvvəlkiMəhəmmədəli Hüseynzadə
SonrakıƏhməd Hüseynzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İrəvan, İrəvan xanlığı
Vəfat tarixi
Vəfat yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Fəaliyyəti molla
Dini islam, şiəlik

Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açmışdı. İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin "Əl-Əzhər" Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Məsciddə baş axund kimi fəaliyyətə başlamışdır.

Şeyxülislam müavini kimi

[redaktə | mənbəni redaktə et]

1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir. Beləliklə, əvvəllər müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata keçirilməsi şeyxülislama həvalə edilir.

Şeyxülislam kimi

[redaktə | mənbəni redaktə et]

1846-cı ildə Fazil İrəvani Qafqazın Şeyxülislamı seçilir. Qurumun öz mövqeyini qoruyub saxlaması və genişləndirilməsi məhz İrəvaninin şeyxülislamlığı dövründə mümkün oldu. Şeyxülislam İrəvani bir çox qanunları sistemləşdirdi[1]:

  • İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edildi.
  • Yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirdi.
  • Nikah bağlanması və boşanmaların həyata keçirilməsi səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək savada malik olan axundlara həvalə edildi.
  • Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrıldı.
  • Mahal qazısı tabeliyində olan ruhanilərə başçılıq etməli, kəbin işlərini, boşananları, ailə münaqişələrini şəriət əsasında yoluna qoymalı idi. Münaqişələrdə cinayət xarakteri aşkar olunardısa, yalnız o zaman həmin işlər ümumi məhkəmələrə verilə bilərdi.
  • Dini məktəblərin açılması və idarə olunması, ruhani adlara yiyələnmək üçün sınaqların həyata keçirilməsi, azyaşlılar üzərində qəyyumluğun təyin olunması, seyid adına iddia edənlərin hüquqlarının müəyyən olunması və bir çox başqa məsələlər dairə qazılarına həvalə edildi. Dairə qazıları isə əsas hesabatlarını şeyxülislama verməklə ona tabe idilər.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Fazil İrəvani 1843-cü ilə qədər, xüsusi ilə də İsfahanda və Təbriz şəhərlərində axundluq etdiyi dövrlərdə bədii yaradıcılıqda məşğul olmuşdur. 1812-ci ildə Sankt-Peterburqda eyni vaxtda 2 kitabı çap olunmuşdur. "Qızılgül və bülbül haqqında əxlaqi roman" kitabı daha sonralar rus, fransız dilində çap olunmuş və geniş oxucu kütləsinə malik olmuşdur. Bu əsər 1826-cı ildə Vajja Defloribalinin tərcüməsi əsasında Parisdə fransız dilində, 1832–1833-cü illərdə isə Yozef Fon Hammer bu əsəri alman dilinə tərcümə edərək geniş tirajla nəşr etdirir. "Paklıq kitabı" adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur.[1] "Beyzavi təfsirinə haşiyə", "İctihad və təqlid", "Üsulu'l-fiqh", Şeyx Mürtəza Ənsarinin "Məkasib" və "Rəsail" kitablarına haşiyə, "İstishab" və s. kimi əsərləri də məlumdur.[2]

Fazil İrəvani 1885-ci ildə 103 yaşında İrəvanda dünyasını dəyişmişdir.

  • Şeyx Cavad
  • Şeyx Mahmud
  • Şeyx Mürtəza[2]

Şeyxülislam Fazil İrəvani ölümündən sonra İrəvandakı "Şeyxülislam məhəlləsi" və Karvansara onun adını uzun illər daşıdı.

  1. 1 2 Fazil İrəvani — Qafqaz Müsəlmanları İdarəsi
  2. 1 2 "Fazil İrəvani - Natiq Rəhimov". 2013-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]