Ağa Əlizadə

Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə; 22 oktyabr 1871, Bakı1954, Bakı və ya Azərbaycan SSR) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Cümhuriyyətinin (1918–1920) ilk şeyxülislamı.

Ağa Əlizadə
Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə
Qafqazın VIII şeyxülislamı
11 dekabr 1918 – 12 may 1920
ƏvvəlkiMəhəmməd Pişnamazzadə
Sonrakıvəzifə ləğv edilib
25 may 1944 – 15 dekabr 1954
Əvvəlkivəzifə təsis edilib
SonrakıMirmöhsün Həkimzadə
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1871(1871-10-22)
Doğum yeri
Vəfat tarixi 1954
Vəfat yeri

Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir.[1]

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi. 1907-ci ilin yayında Ağa Əlizadə Bakıda "Səadət" Müsəlman Ruhani Cəmiyyəti yaratdı və onun sədri seçildi. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, miliyonçular İsa bəy Aşurbəyov, Zeynalabidin Tağıyev və başqa elm, mədəniyyət və din xadimləri də fəal iştirak edirdilər. 1907-ci ilin sentyabrında Bakıda "Mədrəseyi-Səadət" məktəbi açıldı və Əli bəy Hüseynzadə məktəbə direktor təyin edildi.

Şeyxülislamlıq

[redaktə | mənbəni redaktə et]

Birinci şeyxülislamlıq

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə Şeyxülislam təyin edildi. O vaxt atası Hacı Cavad Əlizadə Bakı quberniya dini məclisinin sədri idi. Şeyxülislam 1918-ci ildə sələfi Məhəmməd Pişnamazzadə kimi Məşixət sədrlərinə nazir səviyyəsində məvacib verilməsini və Mərkəzi Aparat üzvlərinin sayının 15 nəfərə çatdırılmasını tələb edirdi. Lakin bu alınmır. Axund Ağa Əlizadə 1920-ci ilin mayın 12-nə kimi Şeyxülislam vəzifəsində çalışdı.

İkinci şeyxülislamlıq

[redaktə | mənbəni redaktə et]

1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və Ağa Əlizadənin İdarənin sədri seçilməsi üçün namizədliyi irəli sürüldü. 1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağrıldı. 1944-cü il mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən Qafqaz Şeyxülislamı seçildi.[2][3] Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranlarda iştirakçısı olur və Sovet müsəlmanları adından nitq söyləyirdi. 1952-ci ildə SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda sülhü müdafiə məsələlərinə həsr edilmiş konfransın, 1952-ci ilin mayında Vyanada keçirilən Sülhü Müdafiə Konqresində təşkil olunmuş konfransının iştirakçısı olmuşdur.

Ağa Əlizadə 1954-cü ilin dekabrında, 84 yaşında Bakıda vəfat etmişdir.[4]

  1. "Şeyxülislam Axund Ağa Əlizadə". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-06.
  2. Əhməd, Dilqəm. "Qafqaz şeyxülislamı Hitlerə qarşı – Tarixi bəyanat". teleqraf.com. 2023-05-09. İstifadə tarixi: 2024-10-19.
  3. Dilqəm Əhməd. "Qafqaz şeyxülislamı Hitlerə qarşı tarixi bəyanat" (PDF). "Türküstan" qəzeti (№ ?). 16–22 may 2023.
  4. "Azərbaycanın görkəmli din xadimi Axund Ağa Əlizadənin anadan olmasının 140 illiyi qeyd olunub - AzTV". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]