Bu məqalə Əli Kafkasyalının Qafqaz qaçaqları romanı haqqındadır. V.Kazaçkovskinin «Qafqaz qaçaqları» əsəri üçün Qafqaz qaçaqları (Kazaçkovski) səhifəsinə baxın. |
Qafqaz qaçaqları (türk. Kafkas Koçakları) — Əli Kafkasyalının[1] Qafqaz qaçaqlarından bəhs edən romanı.
Qafqaz qaçaqları | |
---|---|
türk. Kafkas Koçakları | |
| |
Müəllif | Əli Kafkasyalı |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 2018 |
Tərcüməçi | Məti Osmanoğlu |
Nəşriyyat |
Karınca ( (türk.)) Pergament ( (az.)) |
Səhifə |
438 ( (türk.)) 420 ( (az.)) |
Tiraj | 800 ( (az.)) |
ISBN | ISBN 978-605-9642-37-8 |
Müəllif romanı bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib.
Professor kitabında yazıb: “Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”.
Oktyabr İnqilabının ardınca Qafqazda müxtəlif dəstələr meydana gəldi:
Türkiyəyə qaçıb, dövlətin verdiyi payı götürüb, geridə qalanları və keçmişi unudaraq orada yaşamaq üçün yaranan qaçaqlar.
Dəyərdən məhrum bir həyat yaşamaq, yalnız canlılıqlarını davam etdirmək üçün hər cür xəyanəti edən alçaqlar.
Zülmə qarşı səbir olmaz deyib Bolşevik / Sovet zülmünə qarşı döyüşmək üçün yaranan qoçaqlar.
Qaçaqların qorxaqlığından, alçaqların xəyanətindən, qoçaqların isə qəhrəmanlıq və fədakarlığından danışan sənədli bir roman.[2]
1. Qırmızı Ordunun hücumu və Məmməd Babanın şəhid olması
2. Aloy Hacının tutulması və həbsxanadan qaçması
3. Aloy Hacının Gürcüstana qaçması
4. Aloy Hacının Ermənistana qaçması
5. Şərif Şikəstənin sürgün edilməsi
6. Qaçaqların dağa çıxması və Türkiyəyə keçməsi
7. Qaçaqların İğdırın Alkamer kəndindən Qarsa qaçması
8. Qarabağlı karvansarasında aşıqlar məclisi və səfərə hazırlıq
9. Qafqaz qaçaqlarının intiqam üçün Qazaxa və Borçalıya səfəri
10. Qaçaqların ÇeKa rəisini öldürməsi
11. Aloy Hacının vurulması
12. Erməni ara həkimləri
13. Sovet casusu İtdiş Vəlinin öldürülməsi
14. Aloy Hacının müalicəsi üçün həkimin qaçırılması
15. Aloy Hacı yenidən Türkiyədə
16. Gürcüstan səfəri
17. Minbaşı Qəhrəman Paşazadənin qurtarılması
18. Minbaşı Qəhrəman Paşazadənin Tiflisdən qaçırdılması
19. Qaçaqların Ermənistan macərası və Türkiyəyə keçməsi
Roman 2018-ci ildə Türkiyədə, Ankarada Karınca nəşriyyatında 438 səhifədə nəşr edilib.[4]
Əsər həmin ildə Məti Osmanoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Pergament nəşriyyatında 420 səhifədə, 800 tirajla nəşr edilib.[5][6]