Qahir Hüseynov

Qahir Hüseynov (tam adı: Hüseynov Qahir Qüdrət oğlu; 7 iyul 1968, Sarov, Qasım İsmayılov rayonu18 iyun 1992) — "Azərbaycan Bayrağı" ordeni kavaleri[1] Qarabağ müharibəsinin iştirakçısı.[2]

Qahir Hüseynov
Qahir Qüdrət oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (23 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseynov Qahir Qüdrət oğlu 7 iyul 1968-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub.[3] 1975-ci ildə Sarov kənd 8 illik məktəbin 1-ci sinifinə gedib və 1983-cü ildə 8 illik məktəbini, 1985-ci ildə Dəlimmmədli orta məktəbini bitirib və həmin ildə Rusiyanın Ulyanovsk şəhərində Ali hərbi tank məktəbinə qəbul olunub. 1989-cu ildə ali məktəbi bitirib və təyinatla Rusiyanin Zabaykal hərbi dairəsində Ulan Ude şəhərində hərbi hissədə 198-ci motoatıcı diviziyasında tank alayının hərbi tank tağımının komandiri vəzifəsində leytenant rütbəsində hərbi qulluğa başlayıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

1992-ci ildə 2 zabit dostu ilə vətənə köməyə gəliblər. Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib. N saylı alayda tank komandiri təyin olunub. 1992-ci ilin mart ayında Ağdam rayonunda yerləşən N sayli hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunan baş leytenant Qahir Hüseynov dərhal əməliyyat və döyüş şəraiti ilə yaxından tanış olub. Xidmətinin ilk günlərindən qorxmazlığı və igidliyi ilə fərqlənən Qahir qısa bir zamanda komandanlığın və döyüşçülərin rəğbətini qazanır. Ağdam və Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. 18 iyun 1992-ci ildə axşam 20.30 radələrində Qahir va Şirin Mirzəyev (polkovnik-leytenant, Azərbaycanın Milli Qəhrəmanı) döyüşçülərin mövqelərini yoxlayıb növbəti döyüş tapşırıqlarını verib geri dönərkən Ağdamın Qaralar kəndi ərazisində UAZ 469 markalı avtomobildə minaya düşüblər.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Xatirəsinin əbədiləşdirilməsi[redaktə | mənbəni redaktə et]

Goranboy rayonun Dəliməmmədli kəndində adına küçə var.Doğulduğu Sarov kənd Mədəniyyət evi Qahir Hüseynovun adını daşıyır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının hərbi qulluqçularının təltif edilməsi haqqında". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  2. "Hüseynov Qahir Qüdrət". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  3. "Hüseynov Qahir Qüdrət oğlu". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  4. Bu gün altı igidimiz şəhid olub[ölü keçid]l